47. Baş beyinin sıxılmasını digər kəllə - beyin zədələnmələrindən
fərqləndirən əlamət hansıdır ?-
Baş beyin sıxılmasının əlamətləri-
hematoma; huşun pozulması; baş ağrıları; təkrari qusma; psixomotor oyanma;
hemiparez; nitqin və mimikanın pozulması; epileptik qıcolmalar;
bradikardiya; AT-nin yüksəlməsi; yuxarı baxmanın məhdudlaşması; tonik
spontan nistaqm.
48. Kəllə əsasının sınığı üçün hansı əlamət xarakterdir ?-
çat, hematoma, ağrı,
likvoreya, qansızma
49. Kəllədaxili hematoma zamanı onurğa beynini punksiya etdikdə likvorda nə
olur?-
Qan
50. Beyin ödeminin profilaktikası üçün nə təyin edilir ?-
Sidikqovucular təyin
edilir; xəstənin başı yuxarı qaldırılır; maye az qəbul edilir.
51. ”Eynək simptomu “ nə vaxt müşahidə olunur ?-
Gözlərin ətrafına, göz
qapaqlarına ikitərəfli qansızma olduqda ( kəllə əsasının açıq sınığında)
52. Xarici qulaq keçəcəyindən likvorun axması hansı kəllə - beyin travmasının
əlamətidir ?-
a)Baş beyin travmasının; b)kəllə əsasının sınığı ikisidə düzdü.
53. Kəllənin daxilə keçməyən yaralarına nə aiddir ?-
Beynin sərt qişasının tamlığı
pozulmayanlar ( baş beyin silkələnməsi və sıxılması)
54. Alın sümüyünün sınıqlarında alın cibi də zədələnərsə nə müşahidə olunur
?-
Sifətdə dərialtı emfizema
55. III dərəcəli koma üçün nə xarakter deyil ?-❗ ❗ -
Xarakterik olanlar:
1 Arefleksiya.2️⃣ Adinamiya.3 ikitərəfli midriaz.4️⃣ Kusmaul, Çeyn-stoks tipli
tənəffüs.5️⃣ Apnoe, kəskin taxikardiya.6️⃣ AT. 60-dan aşağı enir.
56. Baş beyinin yaralarında hansı növ sarğı qoyulur ?-
Sapandvari
.
57. Kəllə - beyin travması zamanı nəqliyyat immobilizasiyası məqsədi ilə hansı
şina tətbiq edilir ?-
Pilləkənli və ya Yelanski şinası.
58. Likvoreya nədir?-
Onurğa beyin mayesinin yəni likvorun axması.
59. Arxa kəllə çuxurunda sınığın olmasını hansı əlamət göstərir?-
Məməyəbənzər
çıxıntı nahiyyəsində dərialtına qansızma.
60. Açıq kəllə-beyin travmaları zamanı hansı preparatın istifadəsi qadağandır?-
Narkotiklər
61. Epidural hematoma olduqda qan haraya toplanır?-
Beynin sərt qişasının üstünə
62. Tənəffüz mərkəzini oyatmaq məqsədi ilə kəllə beyin travmaları zamanı xəstəyə
nə vurulur?-
Efedrin, bemeqrid, lobelin.
63. Xəstənin diz oynağında bükülmüş qıçını tam açmaq mümkün deyilsə, bu hansı
əlamətdir?-
Kerninq simptomu.
Dostları ilə paylaş: |