1. bank suallari 2020


Qulaq  anatomiyası  və  fiziologiyaası  haqqında  qısa  məlumat. Qulağın



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə17/25
tarix30.01.2022
ölçüsü0,65 Mb.
#113968
1   ...   13   14   15   16   17   18   19   20   ...   25
11.Qulaq  anatomiyası  və  fiziologiyaası  haqqında  qısa  məlumat. Qulağın  

cərrahi  xəstəlikləri.  

 

205.  Qulaq  pərdəsi  xarici  qulaq  keçəcəyini  nədən  ayırır ?-

orta qulaqdan

 



206. Xarici  qulaq   hansı  hissələrdən  ibarətdir ?-

qulaq seyvanından və xarici qulaq 

keçəcəyindən.

 

207. Orta  qulaq  hansı  hissələrdən  ibarətdir ?-



təbil boşluğu, məməyəbənzər çıxıntı 

və Yevstax borusundan.

 

208. Təbil  boşluğunun  daxili  divarında  yerləşən   oval  dəlik  nə  ilə  qapanmışdır 



?-

Üzənginin ayaqaltı səfhəsi ilə

 

209. İnsan  orqanizmində  ən  balaca  sümük  hansıdır ?-



Qulaqda “stape” adlı sümük

 

210. Hansı  hissələr  qulaq  labirintinə  aid  deyil ?-❗ ❗ -



Aiddir: zarlı və sümük 

labirinti

 

211. Korti  üzvü  harada  yerləşir ?-



İlbiz axacağında-onun aşağı divarında, yəni əsas 

zarda yerləşir.

 

212. Xarici  və  orta  qulaq  hansı  funksiyanı  icra  edir ?-



Səsi nəql edir

 

213. Səsi  qəbul  edən   üzv  hansıdır ?-



Korti üzvü

 

214. Rinne  sınağının  mahiyyəti  nədir ?-



sümük və hava keçiriciliyinin müqayisəsi 

(səsi keçirən aparatın pozulma dərəcəsini müəyyənləşdirmək).

 

215. Xarici  qulaq  keçəcəyinin   furunkulu  zamanı  xəstələr nədən  şikayət  edirlər ?-



Qulaqda ağrıdan (ağrı çeynəmə zamanı güclənir, bəzən dişlərə alın yaxud ənsə 

nahiyyəsinə irradiasiya edir); temperatur normal və ya subfebril olur; qulaq 

keçəcəyinin qığırdaq hissədə divarların birində olan konusabənzər infiltratla 

daralmış olmasından.

 

216. Qulaq  pərdəsinin  parasentezi  nədir ?-



qulaq pərdəsində kəsik 

aparılması.

Qeyd:

parasentez aparıldıqdan sonra təbil(qulaq) pərdəsi arxasındakı 



eksudat axır.

 

217. Mastoidit  zamanı  eşitmə  hansı  tip  üzrə  zəifləyir ?-



Səsi nəql edən apparatın 

pozulma tipi üzrə.

 

218. Mastoiditin  otoskopik  əlamətləri  hansıdır ?-



Xarici qulaq keçəcəyinin dal 

yuxarı divarının aşağı enməsi; qulaq keçəcəyinin arxasından-məməyəbənzər 

çıxıntı nahiyyəsindən basdıqda güclü ağrı.

 

219. Xroniki  irinli  otitlərin  ümumi  əlamətlərinə  nə  aid  deyil ?-❗ ❗ -



Aiddir: qulaq 

pərdəsində davamlı deşiyin olması; qulaqdan mütəmadi və ya vaxtaşırı irin 

axması; eşitmənin zəifləməsi.

 

220. Qulaqdan  sarımtıl – yaşıl, üfunətli  iyli  irinin  axması  hansı  xəstəlik  üçün  



xarakterdir ?-

Orta qulağın xronik irinli iltihabı

 

221. Otomikoz  nədir ?-



Xarici qulaq keçəcəyinin dərisinin, əsasən sümük hissəsinin 

yayılmış diffuz zədələnməsidir.

 

222. Mərkəzi  perforasiya  nədir ?-



Qulaq pərdəsinin mərkəzi (göbək) hissəsinin 

deşilməsi.

 

223. Otoskleroz  nədir  ?-



Labirintin sümük kapsulunun özünəməxsus xəstəliyi olub, 

cavan yaşlarda meydana çıxır və eşitmənin getdikcə artan zəifləməsi və 

qulaqlarda küy duyulması ilə xarakterizə olunur.

 

224. Labirintit  zamanı  xəstə  nədən  şikayət  etmir ?-



❗ ❗ -


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin