Mövzu 1. Bazar iqtisadiyyatının predmenti, mahiyyəti və yaranması
Bazar bəşər sivilizasiyasının ən mühim nailiyyətlərindən biridir. Bazar min illər boyu inkişaf yolu keçmişdir. Bazar bəsit bir formadan müasir yüksək səviyyəyə qədər yüksəlmişdir. İqtisadi ədəbiyyatlarda bazarın 6-7 min il əvvəl meydana gəlməsi qeyd olunur. Bazar insan cəmiyyəti tarixində ictimai əmək bölgüsünün, əmtəə təsərrüfatının meydana gəlməsi ilə əlaqədardır. Bazar münasibətlərinin maddi əsasını əmtəələrin və pulların hərəkəti təşkil edir. Təbii, ki , bəsit əmtəə təsərrüfatındakı bazarla müasir zaman şəraitindəki bazar öz mahiyyəti ilə məzmununa görə eyni deyil. Ümumiyyətlə əmtəə təsərrüfatı fəaliyyət göstərməyən yerdə bazarda ola bilməz. Bazar olmayan yerdə əmtəə təsərrüfatındanda söhbət gedə bilməz. Bunlar bir-biri ilə qarşılıqlı əlaqədardı. Bazarın funksiyalarına hər şeydən əvvəl istehsal ilə istehlak, tələb və təklif , alıcı ilə satıcı arasında baş verən münasibətlərdə daxildir. Bazara müxtəlif təriflər verilmişdir.
1.Bazar iqtisadi münasibətlərdə tələb və təklifin məcmusudur.
2. Bazar ayrı-ayrı əmtəələr və xidmətlər üzrə satıcılarla alıcılarların birgə fəaliyyət mexanizmidir. Bazar alıcı ilə satıcının görüşdüyü məkandır.
Bazar tarixən iqtisadiyyatdan əvvəl yaranmışdır. XX əsrdə dünya ölkələrinin əksəriyyəti iki iqtisadi sistemdə yaşamağa məcbur qalmışdılar. Bunlar inzibati amirlik və bazar iqtisadi sistemdir. Yer kürəsində yaşayan əhalinin 1 milyarddan çoxu o cümlədən Azərbaycanda keçmiş SSRİ-nin inzibati amirlik sistemində yaşamağa məcbur qalmışdı. 1990-cı ildə Azərbaycan Respublikası inzibati amirlik sisteçində bazar iqtisadiyyatına keçməyi qarşısına məqsəd qoymuşdur. Bazar iqtisadiyyatının hakim olduğu dövlətlərdə iqtisadiyyat azad demokratik prinsiplər əsasında idarə olunur. Bazar iqtisadiyyatı sistemində istehsalın idarə və təşkil edilməsi bazar qanunu və qaydaları əsasında aparılır. Bazar iqtisadiyyatı ən geniş yayılan iqtisadi sistemdir. Bazar iqtisadiyyatının məqsədi daha çox mənfəət əldə etməkdir. Bazar iqtisadiyyatının nəzəri əsasları PETTİ. Adam Smit, David Rkardo tərəfindən hazırlanmışdır.
Bazar iqtisadiyyatının obyektləri: bazarlar, şirkətlər, korporasiyalar , və fermer təsərrüfatları və.s.
Bazar iqtisadiyyatının subyektləri: sahibkarlar, biznesmenlər, konversantlar.
Bazar iqtisadiyyatının subyektləri 3 qrupa bölünür.
1.Ev təsərrüfatı
2.Sahibkarlıq
3.Dövlət mülkiyyəti
Bazar iqtisadiyyatı azad sahibkarlığa və azad rəqabətə əsaslanır. Azad rəqabətə əsaslanan bazar iqtisadiyyatı digər iqtisadi sistemlərdən daha üstündür. Bazarda əmtəə istehsalı ilə əlaqəli olan iqtisadi qanunlar dəyər qanunu, tələb və təklif qanunu, pul tədavülü qanunu, rəqabət qanunu geniş və sərbəst şəkildə fəaliyyət göstərir.