196. Aşağıdakılardan hansı qiymətəmələgətirən spesifik amillərə aid deyil?
A) Valyuta məzənnəsi
B) Mövsümilik
C) İstismar xərcləri
D) Komplekslilik
E) Zəmanətlər və servis şərtləri
197. Aşağıdakılardan hansı bazara nüfuz etmək üçün tamamlayıcı məhsula qiymət təyininə aiddir?
A) Əsas məhsulla birlikdə satılan əlavə və aksesuar məhsullara qiymət qoyulması
B) Əlavə məhsul təklif etməklə əsas məhsulun rəqabət qabiliyyətini təmin edən qiymətqoyulması
C) Bir neçə məhsulun birləşdirilərək dəst halında endirimli qiymətlərlə təklif edilməsi
D) Yalnız əsas məhsulla birgə istifadə oluna bilən məhsullara qiymətin təyini
E) Rəqiblərin məhsul qiymətlərinə əsasən qiymət təyini
198. Gömrük tarifləri təyin edilərkən nəzərdə tutulmuş məqsədlərdən asılı olaraq onun neçə müxtəlif cəhəti fərqləndirilir?
A) 2
B) 3
C) 5
D) 7
E) 9
199. Aşağıdakılardan hansı ticarət-vasitəçilik əməliyyatlarının növlərinə aid deyil?
A) Bank əməliyyatları
B) Əmtəələrin təkrar satışı üzrə əməliyyatlar
C) Komissiya əməliyyatları
D) Broker əməliyyatları
E) Agent əməliyyatları
200. Fəaliyyət xarakteri və sahibkarlarla münasibətlərin xüsusiyyətlərinə görə vasitəçilərin növlərinə aşağıdakılardan hansı aid deyil?
A) Bank nümayəndələri
B) Distribüterlər
C) Kommersiya nümayəndələri
D) Müvəkkillər
E) Agentlər
201. Aşağıdakılardan hansı öz əsərlərində Azərbaycanda hələ orta əsrlərdə neftin mövcud olduğu və istismarı haqqında şərh verən şəxsiyyət deyil?
A) Şəmsi Əsədullayev
B) Makro Polo
C) Engelbert Kemferin
D) Aleksandr Düma
E) Əbdülhəsən Məsudi
Dostları ilə paylaş: |