1 Beynəlxalq sistemin anlayışı


buna sosial məzmun da deyilir



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə13/89
tarix10.01.2023
ölçüsü0,75 Mb.
#122136
1   ...   9   10   11   12   13   14   15   16   ...   89
Beynəlxalq Hüquq hazır cavablar

buna sosial məzmun da deyilir: 
Dövlətin iradəsinin məzmunu onun beynəlxalq hüquqi mövqeyidir. Beynəlxalq hüquq 
normasının yaranması üçün razılığın eyniliyi zəruridir. Kifayətdir ki, davranış qaydasının 
məzmununa və onun hüquqi məcburiliyinin tanınmasına aid olan iradələr razılaşdırılsın. Təbii ki, 
bu zaman iradə və iradə ifadəsi arasında fərq nəzərə alınmalıdır.
İradə - dövlətin daxili inamı və daxili mövqeyidir. İradə ifadəsi isə xaricdə ifadə olunan 
iradə və ya formallaşdırılmış iradədir.
Beynəlxalq hüquq norması hər hansı yüksək iradənin deyil, razılaşdırılmış ümumi iradənin 
məhsuludur.
Beynəlxalq hüquq normasının yaradılmasında razılaşdırılmış iradə dövlətlərin üzərinə bu 
normalara əməl etmək öhdəliyini də qoyur. Normaların məcburilik qüvvəsinin xarakteri 
subyektlərin iradəsindən asılıdır.
2) Bu davranış qaydasının hüquqi məcburiliyinin tanınmasına nisbətdə dövlətlərin 
razılaşdırılmış iradəsi, yəni hüquqi məzmun: 
Başqa sözlə, dövlətlərin razılaşdırılmış iradəsi prosesinin ikinci mərhələsini, yəni onun 
hüquqi məzmununu - davranış qaydasının hüquqi məcburiliyinin tanınması təşkil edir. 
Razılaşdırılmış iradə əsasında yaradılan norma sonradan da onunla əlaqəsini itirmir - yəni 


forma və məzmun əlaqəsi qorunub saxlanılır. Razılaşdırılmış iradədə dəyişiklik normaların real 
məzmununda dəyişikliyə gətirib çıxarır.
Beynəlxalq müqavilələr hüququ haqqında 1969-cu il Vyana Konvensiyasında qeyd 
olunur ki, «təfsir zamanı müqavilənin konteksti ilə yanaşı, onun tətbiqinin sonrakı praktikası 
nəzərə alınmalıdır». Söhbət burada hər hansı praktika haqqında deyil, iştirakçıların 
razılaşdırılmış iradə praktikası haqqında gedir. 
14) Beynəlxalq hüququn adət normalarının yaradılması prosesi 
Beynəlxalq hüquqi adət beynəlxalq praktikada təşəkkül tapmış və məcburi norma kimi 
tanınmış davranış qaydasıdır.

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin