1 Beynəlxalq sistemin anlayışı


Formasına görə 2 cür olur



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə4/89
tarix10.01.2023
ölçüsü0,75 Mb.
#122136
1   2   3   4   5   6   7   8   9   ...   89
Beynəlxalq Hüquq hazır cavablar

Formasına görə 2 cür olur 
1)Yazılı (müqavilə) 
2)Yazılı təsbit olunmayan (dövlət praktikası) 
Qüvvədə olma müddətinə görə 3 cür: 
1) Müddətli
2) Qeyri-müddətli
3) Müddətsiz 
Funksiyalarına görə 2 cür: 
➢ 1) Maddi norma - davranış qaydası müəyyən olunur 


➢ 2) Prosessual norma - həmin qaydaların yaradılmasını və tətbiq olunmasını tənzimləyir. 
4) Beynəlxalq hüququn yaranması və onun dövrləşməsi problemi 
Beynəlxalq Hüququn yaranması və onun tarixi inkişaf mərhələləri haqqında məsələlər 
indinin özundə hüquq nəzəriyyələrində və elmində mübahisəli bir problem olaraq qalmaqda 
davam edir. Hər bir elm kimi Beynəlxalq Hüquq tarixidə ümumdünya tarixinin ayrılmaz tərkib 
hissəsi hesab olunur. 
Bir sıra tədqiqatçılar hesab edirlər ki, quldarlıq dövlətlərinin yaranması ilə dövlətlər 
arasında hüquq münasibətləri də bərqərar olmuşdur. Bəziləri isə, orta əsrlərə, yeni dövrə(XVII) 
keçidlə əlaqələndirirlər. Beyn.Hüququn tarixi və inkişaf mərhələləri ilə bağlı bir sıra yanaşma və 
baxışlar mövcuddur: 
 
Birinci yanaşmaya görə - dövlətlər yaranmadan əvvəl, tayfalar arasında müəyyən 
qaydaların olduğunu və beyn.hüququn mövcud olmuşdur. Həqiqətən, o zamanlar tayfalar arası 
sülh, hərbi əməlyatlarla bağlı müqavilə imzalanmışdı. Lakin, bu mübasibətlər tayfa rəhbərləri 
arasında münasibətlər kimi qurulmuşdu. 
 
İkincisi yanaşmaya görə - beynəlxalq hüquq dövlətlərin yaranması ilə eyni vaxtda 
meydana gəlib. Yəni, beyn.hüquq o zaman yaranıb ki, dövlətlərarası mübasibətlər yüksək 
səviyyədə inkişaf səviyəsinə çatmışdı. Lakin bu prosesdə mühüm tarixi dövrləri əhatə edir. 
 
Üçüncü yanaşmaya görə - Beyn.Hüquq orta əsrlərin sonunda, əsasən Avropada suveren 
dövlətlər sisteminin formalaşması zamanı yaranmışdı. Tarixi faktlarda sübut edir ki, beyn.hüquq 
öz təsdiqini yanlız orta əsrlərin sonlarında tapmışdır. Məhz bu yanaşma dünya ədəbiyyatında daha 
çox müdafiə olunur. 
Bəzi tarixi mənbələrə görə beyn.hüququn qədim dövrü e.ə IV minilliyin sonlarından 
başlayaraq bizim eranın V əsrinə qədər davam edib. Burada əsas subyekt dövlət deyil, onların 
hökmdarları, rəhbərləri olurdu. 
Orta əsr Beyn.hüquq V-XVII əsrləri əhatə edir.
Klassik Beynəlxalq Hüquq XVII əsrdən XX əsrin əvvəllərinə kimi davam edib.
Klassik dövrdən Müasir dövrə keçid dövrü isə 1919-1945 ci illər hesab olunur.
1945-dən sonrası isə artıq müasir dövr Beynəlxalq hüququdur. 

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin