və onları tamamlayır. Məsələn, yaşamaq hüququ ilə bağlı olan aşağıdakı törəmə öhdəlikləri gös-
tərmək olar: qəsdən adamöldürmə aktının təhqiq edilməsi; təqsirli şəxslərin cəzalandırılması və s.
Təbii
ki,
bu
öhdəliklər
pozulanda
da
dövlət
məsuliyyət
daşıyır.
Nəticə öhdəlikləri və davranış öhdəlikləri.
Nəticə öhdəlikləri dövlətdən müəyyən nəticənin və ya məqsədin əldə olunmasını tələb edir;
dövlət bu nəticəyə nail olmaq üçün özü istədiyi davranış variantını seçə bilər. Əslində insan
hüquqları sahəsindəki öhdəliklərin böyük əksəriyyəti nəticə öhdəlikləridir, belə ki, qanunvericilik,
inzibati və özünün lazım bildiyi
digər tədbirləri görməklə, dövlət
son nəticədə fərdin
hüququnu
təmin etməlidir.
Davranış öhdəlikləri isə dövlətdən müvafiq normada konkret müəyyən olunmuş
əməlin həyata keçirilməsini tələb edir. Bunu etməməklə, dövlət öz beynəlxalq öhdəliyini pozmuş
olur.
Dostları ilə paylaş: