1 Beynəlxalq sistemin anlayışı



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə61/89
tarix10.01.2023
ölçüsü0,75 Mb.
#122136
1   ...   57   58   59   60   61   62   63   64   ...   89
Beynəlxalq Hüquq hazır cavablar

B) İkili vətəndaşlıq.
İkili vətəndaşlıq (hipatrizm) - şəxsin iki və ya artıq vətəndaşlığının olmasıdır.İkili 
vətəndaşlıq naturalizasiya zamanı və ya «qan hüququ» prinsipi tətbiq edən dövlətin 
vətəndaşlarının «torpaq hüququ» tətbiq edən dövlətin ərazisində uşağı doğularkən ortaya çıxa 
bilər.
C) Vətəndaşlıq aşağıdakı üsullarla əldə edilə bilər: 
 
1) doğulma nəticəsində. Bu, vətəndaşlığın əldə edilməsinin əsas və ən adi üsuludur; 
2) naturalizasiya yolu ilə (vətəndaşlığa qəbul); 
3) reinteqrasiya yolu ilə (vətəndaşlığa bərpa); 
4) vətəndaşlığın bağışlanılması vasitəsilə;
5) beynəlxalq müqavilə əsasında. 
Dövlətlərin qanunvericilik təcrübəsinə əsasən, doğulma nəticəsində vətəndaşlığın əldə 
edilməsi iki başlıca prinsipə söykənir: 
 
1) «qan hüququ» («jus sanguinis») və ya
2) «torpaq hüququ» («jus soli»). 
«Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Qanunun 14-cü maddəsinə görə, 
Azərbaycan Respublikasının ərazisində son beş il ərzində yaşayan və Azərbaycan Respublikasının 
dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs öz vəsatəti 
ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər.
Vətəndaşlığın itirilməsi (ekspatriasiya) üç formada mümkündür:
1) vətəndaşlıqdan çıxma;
 
 
 
 
 
 

 
2) vətəndaşlığın avtomatik itirilməsi və
 
 
 
 
 
3) vətəndaşlıqdan məhrum edilmə.
 
 
 
 
 
 
 
Vətəndaşlıqdan çıxma şəxsin öz xahişi ilə dövlətin səlahiyyətli orqanlarının qərarı əsasında 
həyata keçirilir. Bu, vətəndaşlığa xitam verilməsinin ən geniş yayılmış üsuludur. 
Vətəndaşlığın avtomatik itirilməsi qanunvericilikdə nəzərdə tutulmuş müəyyən halların 
baş verməsi ilə mümkündür. Vətəndaşlıqdan çıxmadan fərqli olaraq, vətəndaşlıqdan məhrum 
edilmə dövlət orqanlarının təşəbbüsü ilə həyata keçirilir və əsasən, ağır dövləti cinayətlər törətmiş 
şəxslərə qarşı tətbiq edilir. Müasir beynəlxalq hüquq vətəndaşlıqdan məhrum edilməni qadağan 
edir.

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin