1 Beynəlxalq sistemin anlayışı



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə62/89
tarix10.01.2023
ölçüsü0,75 Mb.
#122136
1   ...   58   59   60   61   62   63   64   65   ...   89
Beynəlxalq Hüquq hazır cavablar

 D) Vətəndaşsızlıq.
Vətəndaşsızlıq (apatrizm) - şəxsin, heç bir dövlətin vətəndaşlığına mənsub olmaması ilə 
səciyyələnən hüquqi vəziyyətidir. Bu şəxslərin heç bir dövlətlə hüquqi əlaqəsi olmur və heç bir 
dövlət tərəfindən onlara diplomatik müdafiə göstərilmir. Vətəndaşlığı olmayan şəxslərin statusu 
əksər ölkələrdə, mahiyyət etibarilə, əcnəbilərə bərabər götürülür. 
63) Xaricilərin hüquqi vəziyyəti 
Əcnəbilər - müəyyən dövlətin ərazisində yerləşən lakin həmin dövlətin vətəndaşları 
olmayan və başqa bir dövlətin vətəndaşları olan şəxslərdir. 


Əcnəbilərin üç cür hüquqi rejimi mövcuddur: 
1) Milli rejim - əcnəbilərə, müəyyən məhdudiyyətlərlə, dövlətin öz vətəndaşları ilə bərabər 
status verilməsi. 
Məsələn, 
«Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında» Azərbaycan 
Respublikasının Qanununa əsasən, əcnəbilər Azərbaycan Respublikasının siyasi partiyalarının 
üzvü ola bilməzlər (20-ci maddə); dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarına 
seçkilərdə iştirak edə və onlara seçilə və həmçinin ümumxalq səsvermələrində (referendumlarda) 
iştirak edə bilməzlər (21-ci maddə); hərbi mükəlləfiyyət daşımırlar (22-ci maddə). 
2) Ən əlverişli rejim - bu halda əcnəbilərə hər hansı bir sahədə istənilən üçüncü dövlətin 
vətəndaşlarına verilən hüquqlar verilir. 
3) Xüsusi rejim - əcnəbilərə hər hansı bir sahədə dövlətin öz vətəndaşları üçün həmin 
sahədə nəzərdə tutulduğundan fərqli hüquqların verilməsi (habelə vəzifələrin nəzərdə tutulması). 
Məsələn, müqavilə əsasında bir dövlətin ərazisində yerləşdirilmiş başqa bir dövlətin hərbi 
qulluqçuları üçün, adətən, xüsusi hüquqi rejim nəzərdə tutulur. 
64) Sığınacaq hüququ

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin