Azərbaycan Respublikası Konstitusiyasının 11-ci maddəsinin II hissəsində göstərilir
ki, Azərbaycan Respublikasının daxili suları, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub
olan bölməsi, Azərbaycan Respublikasının üzərindəki hava məkanı Azərbaycan Respublikası
ərazisinin tərkib hissəsidir.
Bundan əlavə, Dəniz hüququ haqqında 1982-ci il Konvensiyasına görə, daxili sulara aşağıdakılar aiddir: a) dəniz suları; b) liman suları; c) sahilləri həmin dövlətə məxsus olan və eni 24 dəniz milindən artıq olmayan körfəzlərin suları; ç) tarixi körfəzlər Bunlardan
başqa,
habelə
dövlətə məxsus olan hava və dəniz gəmiləri, kosmik obyektlər, sualtı boru və kabellər, açıq
dənizdə şelf üzərindəki qurğular da dövlətin ərazisi sayılır. Bunlara bəzən
«kvazi-dövlət ərazisi»
və ya
«şərti ərazi»
deyilir. 67) Dövlət sərhədləri Dövlət sərhədi dedikdə dövlətin ərazisinin hədlərini müəyyən edən xətt və həmin xətt üzərində yerləşən şaquli səth başa düşülür. Analoji tərif «Azərbaycan Respublikasının dövlət sərhədi haqqında» 1991~ci il 9 dekabr tarixli Qanunun 1-ci maddəsində öz əksini tapmışdır. Dövlət sərhədlərinin aşağıdakı növləri vardır: 1) quru sərhədləri; 2) su sərhədləri və 3) hava sərhədləri.