1 Beynəlxalq sistemin anlayışı



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə66/89
tarix10.01.2023
ölçüsü0,75 Mb.
#122136
1   ...   62   63   64   65   66   67   68   69   ...   89
Beynəlxalq Hüquq hazır cavablar

Quru sərhədləri, adətən, relyefə əsasən (dağlar və s.) müəyyən olunur. Lakin düz xətt üzrə 
(məsələn, bir sıra Afrika dövlətlərində olduğu kimi) və ya meridianlar üzrə (Cənubi və Şimali 
Koreya arasında) bölünən sərhədlər də mövcuddur.
İki dövləti ayıran su hövzələrində sərhədlərin 
(su sərhədlərinin)
 müəyyən olunması 
aşağıdakı prinsiplərə əsaslanır:  
Gəmiçilik üçün yararlı çaylarda sərhəd kimi ya 
talveq
(çayın ən dərin yerlərini birləşdirən 
xətt), ya da 
farvaterin ortası,
digər çaylarda isə çayın ortası götürülür.
Göllərdə 
sərhəd dövlətlərin quru sərhədinin gölün sahillərinə çıxış nöqtələrini birləşdirən düz xətt üzrə 
müəyyən olunur. 
Dövlətin dəniz sərhədi 
onun ərazi sularının kənar hədləri sayılır.  
Dövlət sərhədinin müəyyən 


olunması prosesi iki mərhələdən ibarətdir:  
 
1) Delimitasiya
 
 
 
 
 
 
 
 
 
 
2) Demarkasiya.
Delimitasiya zamanı sərhədin keçmə xətti 
dövlətlərarası müqavilədə ətraflı təsvir olunur və müqaviləyə əlavə olunan xəritədə öz qrafik əksini 
tapır.
Demarkasiya razılaşdırılmış sərhəd xəttinin xüsusi 
sərhəd nişanları vasitəsilə yerdə müəyyən olunmasıdır. İki dövlət arasında demarkasiyanı həyata 
keçirmək üçün, adətən, qarışıq komissiya yaradılır.
Dövlət sərhədləri haqqında müqavilələr olduqca mühüm 
bir xüsusiyyətə malikdir:  
Onlar daimi müqavilələr sayılır.
Belə ki, bu müqavilələr:
a) Müvəqqəti müddətə bağlanmır;
 
 
 
 
 
 
b) Denonsasiya olunmur, çünki belə müqavilələrdə denonsasiya haqqında 
müddəalar nəzərdə tutulmur;
 
 
 
 
 
 
 
 
 
 
c) Müharibənin başlanması ilə öz qüvvəsini dayandırmır;
 
 
 
 
ç) Müqavilənin subyektinin yox olması nəticəsində xitam olunmur;
 
 
 
d) Birtərəfli qaydada - hətta şəraitin köklü dəyişməsi prinsipi əsasında belə ləğv 
oluna bilməz. 

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin