Prinsipləri Ətraf mühitin indiki və gələcək nəsillərin naminə mühafizəsi - beynəlxalq ekologiya hüququnun mərkəzi prinsipidir. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, dövlətlər indiki və gələcək nəsillərin naminə ətraf mühitin keyfiyyətinin qorunub saxlanması və yaxşılaşdırılması və təbii ehtiyatların rasional idarə olunması istiqamətində bütün zəruri tədbirləri görməlidirlər. Beynəlxalq ekologiya hüququnun digər aşağıdakı xüsusi prinsipləri vardır: a) transsərhəd ekoloji zərərin yolverilməzliyi. Öz yurisdiksiyası çərçivəsində dövlətlər digər dövlətlərin və beynəlxalq rejimli ərazilərin təbii mühitinə zərər yetirə bilən hərəkətlərdən çəkinməlidir. b) təbii ehtiyatların ekoloji baxımdan əsaslandırılmış rasional istifadəsi. İndiki və gələcək nəsillərin mənafeyi naminə Yerin bərpa oluna bilən və bərpa olunmayan ehtiyatlannın rasional planlaşdırılması və idarə olunması c) ətraf mühitin radioktiv çirklənməsinin yolverilməzliyi. ç) dəniz mühitinin mühafizəsi. d) ətraf mühiti dəyişikliyə uğradan vasitələrdən hərbi və ya istənilən digər düşmən məqsədlərlə istifadə olunmasının qadağan edilməsi. 83) Danışıqlar mübahisələrin həlli yolu kimi və Konsultasiyalar (Məşvərətlər) * Beynəlxalq mübahisələrin dinc yolla həll olunmasının ən sadə, ən geniş yayılmış və ən çox üstünlük verilən vasitəsi birbaşa danışıqlardır. Çox zaman, ortaya çıxacaq mübahisələrin
məhz danışıqlar vasitəsilə nizama salınması dövlətlər tərəfindən razılaşdırılır.
Danışıqlar hüquq bərabərliyi əsasında aparılmalıdır. Predmetindən asılı olmayaraq, qəti
şərtlər qoyulmadan, məcbutetmə və hədələmə olmadan başlamalı və davam etdirilməlidir.
Danışıqlar mübahisələrin nizama salınmasının başlıca diplomatik vasitəsi sayılır. Bu
halda mübahisənin tərəflərinin siyasi, iqtisadi və sosial mülahizələri ön plana çəkilir.
Doğrudur, birbaşa danışıqlarda beynəlxalq hüquq da əhəmiyyətli rol oynayır.