1 Beynəlxalq sistemin anlayışı


) Beynəlxalq müqavilədə tərəflər. Müqavilə və razılaşma



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə18/89
tarix10.01.2023
ölçüsü0,75 Mb.
#122136
1   ...   14   15   16   17   18   19   20   21   ...   89
Beynəlxalq Hüquq hazır cavablar

18) Beynəlxalq müqavilədə tərəflər. Müqavilə və razılaşma 
 
Beynəlxalq müqavilə - dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən yazılı formada 
bağlanan və beynəlxalq hüquqla nizama salınan beynəlxalq razılaşmadır.
Hər bir beynəlxalq müqavilənin müəyyən obyekti və məqsədi olur. 
Müqavilənin obyekti dedikdə, həmin müqavilənin yönəldiyi maddi və ya qeyri-maddi 
nemət, hərəkət və ya müəyyən hərəkətdən çəkinmə başa düşülür. Bir qayda olaraq, müqavilənin 
obyekti onun adında öz əksini tapır.
Müqavilənin məqsədi isə müqaviləni qəbul edən dövlətlərin və ya beynəlxalq təşkilatların 
nəyi həyata keçirmək və ya nəyə nail olmaq istədiklərini göstərir. Müqavilənin məqsədi və ya 
məqsədləri, bir qayda olaraq, müqavilənin preambulasında və yaxud ilk maddələrdə ifadə olunur. 
Beynəlxalq müqavilə razılaşmadır, amma istənilən razılaşma beynəlxalq müqavilə 
deyil.
Razılaşmanı beynəlxalq müqavilədən fərqləndirən xüsusiyyət müqavilədə hüquqi 
razılaşma olur müqaviləni oxuyanda tərəflər müəyyən öhdəliklər götürür.
Razılaşma pozulanda mənəvi-siyasi məsuliyyət müqavilə pozulanda beynəlxalq hüquqi 
məsuliyyətə səbəb ola bilər. Çünki tərəflərə konkret öhdəlik və vəzifələr təqdim olunub.
1969-cu il və 1986-cı il Konvensiyalarına görə, müvafiq olaraq dövlətlər və beynəlxalq 
təşkilatlar beynəlxalq müqavilənin tərəfi ola bilər.
 
1969-cu il Konvensiyasının 6-cı maddəsinə görə,
«hər bir dövlət müqavilələr bağlamaq hüquq qabiliyyətinə malikdir». 
Dövlət istənilən sahədə müqavilə bağlaya bilər və istənilən digər müqaviləyə qoşula bilər. 
İkinci hal bu, müqavilə qapalı olmadığı zaman mümkündür; belə ki, bəzi beynəlxalq 
sazişlərə yalnız müəyyən regionda yerləşən dövlətlər və ya sazişin bütün iştirakçılannm razılığı ilə 
hər hansı dövlət tərəf ola bilər. 
Beynəlxalq təşkilatlara gəldikdə isə, onlar həm dövlətlərlə, həm də digər beynəlxalq 


təşkilatlarla müqavilələr bağlaya bilər.

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin