1 Beynəlxalq sistemin anlayışı


Müqavilənin müddəalarina əməl ve riayət etməklə qoşulmaq



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə23/89
tarix10.01.2023
ölçüsü0,75 Mb.
#122136
1   ...   19   20   21   22   23   24   25   26   ...   89
Beynəlxalq Hüquq hazır cavablar

2. Müqavilənin müddəalarina əməl ve riayət etməklə qoşulmaq 
3. Adət normalarina əməl etməklə qoşulmaq 
 
22) Beynəlxalq müqavilənin qüvvəyə minməsi, qeydiyyatı, dərc olunması
Müqavilənin qüvvəyə mindiyi an müqavilənin özündə göstərilir. Burada bir sıra qaydalar 
mövcuddur. Belə ki, ratifikasiya və ya təsdiq edilməli olmayan müqavilə aşağıdakı müddətdə 
qüvvəyə minir:
a) İmzalandığı andan etibarən;
b) İmzalandığı andan müəyyən müddət keçdikdən sonra 
c) Müqavilədə dəqiq göstərilmiş andan etibarən.
Ratifikasiya və ya təsdiq edilməli olan müqavilələrin isə qüvvəyə minməsi qaydası 
aşağıdakı kimidir: 
1 - İkitərəfli müqavilələr:
 
a) Ratifikasiya sənədlərinin dəyişdirildiyi gündən
 
b) Ratifikasiya sənədlərinin dəyişdirildiyi gündən müəyyən müddət keçdikdən sonra. 
2 - Çoxtərəfli müqavilələr:
 
a) Depozitariyə (qebul eden tərəf) müəyyən sayda ratifikasiya sənədləri verildiyi gündən . 
 
b) Depozitariyə müəyyən sayda ratifikasiya sənədləri verildiyi gündən müəyyən müddət 
keçdikdən sonra. 
Müqavilənin qüvvədə olması müəyyən müddət üçün və ya müddətsiz nəzərdə tutula bilər. 
Müəyyən müddətə bağlanan müqavilə həmin müddət bitdikdən sonra müqavilənin özündə 
göstərilən şərtlərlə və ya tərəflərin xüsusi razılığı ilə uzadıla bilər. 
Müqavilənin qüvvəyə minəndən sonra onu BMT katibliyində qeydiyyatdan keçirilir. Bunu 
çoxtərəfli beynəlxalq müqavilədə depozitariya həyata keçirir. Qeydiyyatdan keçirmək gizli 
müqavilələrə qarşı olan bir şeydir müqavilə qeydiyyatdan keçməyibsə etibarsız demək deyil amma 
rəsmi orqanlarda bundan istifadə etmək mümkün deyil. 
 
Dərc olunma 2 cür olur: 
1) Dövlətdaxili dərc
2) Beynəlxalq dərc 
23) Beynəlxalq müqavilələrin təfsiri. Depozitari 
Müqavilənin təfsiri onun müddəalarının mənasının aydınlaşdırılması və ya izah edilməsi 
deməkdir. Müqavilə hər şeydən əvvəl vicdanla təfsir edilməlidir. Əgər müqavilə iki və ya daha 
artıq dildə tərtib olunmuşsa, bu halda hər bir dildəki mətn bərabər qüvvəyə malik olur.



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin