1 Beynəlxalq sistemin anlayışı


) İnsan hüquqları sahəsində Beynəlxalq əməkdaşlıq. Prinsip və normalar. İnsan



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə58/89
tarix10.01.2023
ölçüsü0,75 Mb.
#122136
1   ...   54   55   56   57   58   59   60   61   ...   89
Beynəlxalq Hüquq hazır cavablar

 
60) İnsan hüquqları sahəsində Beynəlxalq əməkdaşlıq. Prinsip və normalar. İnsan 
 
hüquqlarının təsnifatı 
Beynəlxalq əməkdaşlığın humanitar sahəsi məsələlərin geniş dairəsini əhatə edir. Bura 
elm, mədəniyyət, təhsil, informasiya mübadiləsi, insanlar arasında ünsiyyət məsələləri üzrə 
əməkdaşlıq daxildir.
Humanitar əməkdaşlığın mərkəzində insan hüquqları durur. İnsan hüquqları dedikdə 


cəmiyyət üzvü olan fərdin hüquqları, şəxsiyyətin hüquqları başa düşülür. İnsan hüquqlarını təmin 
etmək üçün müxtəlif cəmiyyətlər müxtəlif sosial imkanlara malikdir. Lakin prinsip etibarilə 
dövlətlər üçün fərdlərə hansı hüquqların verilməli və milli qanunlarda təsbit edilməli olduğu 
barədə baxışların üst-üstə düşməsi xarakterikdir. Həmin hüquqların real təmin edilmə dərəcəsi 
müxtəlif ola bilər. Bu, mövcud cəmiyyətin inkişaf səviyyəsinə əsaslanır və ona milli, dini və digər 
xüsusiyyətlər öz təsirini göstərir. Bununla yanaşı, onların mənasının və rolunun ümumi anlamı da 
mövcuddur. 
BMT Nizamnaməsində insanın əsas hüquq və azadlıqlarından danışılır. Bəzən müxtəsərlik 
xatirinə hər ikisi eyni bir terminlə – «insan hüquqları» termini ilə ifadə edilir. Hüquqların həyata 
keçirilməsi qaydası bu və ya digər dərəcədə nizama salınır. Azadlıq bəzən dövlətin müdaxilə 
etməməyə boyun olduğu insan davranışı sahəsi kimi qiymətləndirilir. 
«İnsan hüquqları» termini beynəlxalq siyasi leksikonda istiqlaliyyət uğrunda Amerika 
müharibəsindən və Böyük Fransa inqilabından sonra meydana gəlmişdir. O dövrlərdə müvafiq 
dövlətdaxili sənədlərdə insan və vətəndaş hüquqlarından danışılırdı. BMT Nizamnaməsində artıq 
vətəndaş hüquqlarından danışılmır. Lakin bəzi insan hüquqları, məsələn, dövlətin idarə 
olunmasında iştirak bilavasitə vətəndaşlıqla bağlıdır. 

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin