1 Beynəlxalq sistemin anlayışı


İqtisadi  əməkdaşlıq daha çox ikitərəfli müqavilələr əsasında həyata keçirilir. Bunlara aiddir



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə76/89
tarix10.01.2023
ölçüsü0,75 Mb.
#122136
1   ...   72   73   74   75   76   77   78   79   ...   89
Beynəlxalq Hüquq hazır cavablar

İqtisadi 
əməkdaşlıq daha çox ikitərəfli müqavilələr əsasında həyata keçirilir. Bunlara aiddir:
a) 
çərçivə 
xarakterli siyasi müqavilələr,
 
 
 
 
 
 
b) 
ticarət 
müqavilələri,
 
 
 
 
 
 
 
c) 
ticarət-iqtisadi 
əməkdaşlıq haqqında uzunmüddətli müqavilələr,
 
 
 
ç) 
istehsal 
sahəsində əməkdaşlığa dair sazişlər və. s daxildir. 
Subyektleri - Beynəlxalq iqtisadi hüququn əsas subyekti kimi dövlət çıxış edir. Dövlətlər 
xarici iqtisadi mülki-hüquqi fəaliyyətində bilavasitə iştirak edə bilərlər.
Dövlətlərin aşağıdakı ticari-iqtisadi birliklərini də göstərmək olar:
a) Azad Ticarət Zonaları
b) Gömrük İttifaqları (iştirakçı dövlətlərin milli gömrük tarifləri ləğv olunur və bütün ittifaq üçün 
ümumi tarif tətbiq edilir) 
 
 
 
 
 
 
 
 

c) İqtisadi İttifaqlar (ümumi əmtəə, kapital və işçi qüvvəsi bazarı yaradılır).
Transmilli korporasiyalar da müəyyən hallarda beynəlxalq iqtisadi hüququn subyekti kimi 
çıxış edə bilər. 
 
78) Beynəlxalq iqtisadi hüququn prinsipləri 
Beynəlxalq hüququn əsas prinsipləri bütünlüklə beynəlxalq iqtisadi əməkdaşlıq sahəsində də tətbiq 
olunur. Bununla yanaşı, beynəlxalq iqtisadi hüququn xüsusi prinsipləri də mövcuddur: 
dövlətin öz təbii ehtiyatları və bütün iqtisadi fəaliyyət üzərində tam suverenliyi prinsipi 
 iqtisadi əməkdaşlıq sahəsində ayrı-seçkiliyə yol verilməməsi prinsipi;  
qarşılıqlı fayda prinsipi;  
 inkişaf etməkdə olan ölkələr üçün preferensial rejim prinsipi və s. 
Beynəlxalq iqtisadi hüquq sahəsində, iqtisadi əməkdaşlığın həyata keçirilməsi üçün hüquqi əsas 
rolunu oynayan 
hüquqi rejimlər 
mövcuddur. Prinsiplərdən fərqli olaraq
bu hüquqi rejimlər 
müqavilə rejimləridir, yəni onlar yalnız maraqlı dövlətlər bu barədə razılaşdıqda tətbiq olunur

Bunlar aşağıdakılardır
Ən əlverişli rejim.
Bir dövlət başqa bir dövlətə, onun vətəndaşlarına və hüquqi şəxslərinə 
istənilən üçüncü dövlət üçün nəzərdə tutduğu və ya tətbiq edəcəyi hüquq və güzəştlər verir. 

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin