Partlayıcı və yandırıcı güllələrin istifadəsinin ləğv edilməsi haqqında Sankt- Peterburq Bəyannaməsi (1868)/ Asanlıqla dönə bilən və yastılanan güllələrin istifadə olunmaması haqqında Haaqa Bəyannaməsi (1899)/ Quru müharibəsinin qanun və adətləri haqqında IV Haaqa (1907)/ Boğucu, zəhərli və ya digər belə qazların və bakterioloji vasitələrin müharibədə tətbiqinin qadağan olunması haqqında Cenevrə Protokolu (1925)/ Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya (1948) və.s daxildir. Beynəlxalq humanitar hüquq onun məqsəd və vəzifələrini əks etdirən bir sıra prinsiplərə söykənir: a) Silahlı münaqişələrin humanistləşdirilməsi; b) Döyüş aparılmasının metod və vasitələrinin seçilməsində vuruşan tərəflərin üzərinə məhdudiyyətlər qoyulması; c) Müharibə qurbanlarının bcynəlxalq-hüquqi müdafiəsi; ç) Mülki obyektlərin və mədəni mülkiyyətin mühafizəsi; d) Hərbi zərurətin və ictimai qaydanın qorunmasının insana hörmətlə uzlaşdırılması; e) Düşmən tərəfə, müharibənin məqsədinə (məsələn, düşmənin hərbi gücünün məhv edilməsi və ya zəiflədilməsi və s. uyğun gəlməyən ziyan vurulmasının yolverilməzliyi; ə) Neytral dövlətlərin mənafelərinin qorunması. 81) Döyüş aparılmasının qadağan edilmiş üsul və vasitələri Beynəlxalq humanitar hüquq döyüş aparılmasının aşağıdakı metod və vasitələrini qadağan edir: Qadağan olunmuş metodlar: a) düşmən qoşunlanna mənsub olan şəxsləri xaincəsinə öldürmək və ya yaralamaq; b) işgəncələr, xəyanət, soyqırım və girov götürmənin tətbiq edilməsi; c) şəhər və ya digər yerlərin talana verilməsi, yerli əhaliyə münasibətdə terrora əl atılması, əhali arasında aclıqdan istifadə edilməsi; ç) düşmənin silahı yerə qoymuş və ya əsir kimi təslim olmuş şəxslərini öldürmək və ya yaralamaq; d) müdafiəsiz şəhərlərin, limanlann, kəndlərin və hərbi məqsədlər üçün istifadə olunmayan mənzillərin, tarixi abidələrin, məbədlərin, hospitalların bombardman edilməsi və.s daxildir.