1 Beynəlxalq sistemin anlayışı


Qadağan edilmiş vasitələr



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə80/89
tarix10.01.2023
ölçüsü0,75 Mb.
#122136
1   ...   76   77   78   79   80   81   82   83   ...   89
Beynəlxalq Hüquq hazır cavablar

Qadağan edilmiş vasitələr:  
a) insan bədənində asanlıqla dönən və ya yastılanan güllələr; 
 
b) yeganə təyinatı boğucu və ya zərərli qazlar yaymaqdan ibarət olan mərmilər;
 
c) 400 qramdan az çəkisi olan, partlama xassəsinə malik olan və ya yanar tərkiblə təchiz 
edilmiş mərmilər;
 
ç) zəhərlər, zəhərlənmiş silahlar, boğucu, zəhərli və digər belə qazlar, bakterioloji və 
kimyəvi silah; 

d) genişmiqyaslı və ya uzunmüddətli və ya ciddi nəticələr törədən ətraf mühitə təsir 
vasitələri;
 
e) bədəndə aşkar edilməyən qəlpələr, mina-tələlər, yandıncı silahlar və adi silahların 
hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən digər növləri
 
 ə) Nüvə silahının tətbiqi 
Nüvə silahının tətbiqinin beynəlxalq humanitar hüquqa zidd olmasını BMT-nin Beynəlxalq 


Məhkəməsi Nüvə silahı ilə hədələməyin və ya onun tətbiqinin qanunauyğunluğu haqqında iş üzrə 
1996-cı il tarixdə verdiyi məsləhət xarakterli rəydə təsdiq etmişdir. 
 
82) Beynəlxalq Ekologiya hüququnun anlayışı, mənbələri və prinsipləri 
Beynəlxalq ekologiya hüququ - ətraf mühitin çirklənmədən qorunması və təbii 
ehtiyatların rasional istifadəsi ilə bağlı dövlətlərarası münasibətləri nizama salan normaların 
məcmusuna deyilir.
Təbiətin qorunması və onun ehtiyatlarından məqsədəuyğun istifadə olunması - müasir 
dövrün qlobal problemlərindən biridir. Bu problemin həllində bütün dövlətlər maraqlı olmalıdırlar. 
Bu ideya mühüm beynəlxalq sənədlər olan Ətraf mühitin problemlərinə dair 1972-ci il 
Stokholm Bəyannaməsində və Ətraf mühit və inkişafa dair 1992-ci il Rio-de Janeyro 
Bəyannaməsi qəbul edilmişdir
Müasir dövrdə ayrılıqda bir dövlət üçün ekoloji təhlükəsizlik sistemi yaradılması, demək 
olar ki, qeyri-mümkündür. Yalnız birgə səylərlə, müvafiq hüquqi rejim yaratmaqla, bugünkü və 
gələcək nəsillərin sağlam yaşayışını və inkişafını təmin etmək olar. 

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin