Ən geniş yayılmış 3 əsas nəzəriyə var:
1) Eksteritoreallıq (ərazidən kənar). Bu nəzəriyyə
qədim dövrlərdən formalaşıb, səfir toxunulmazlığı instutundan yaranıb. Bu nəzəriyyənin mahiyəti,
həmin dövrdə səfirlər hökmdarın təmsilçisi,
*Alter Eqo (hökmdarın üzü) *
adlanırdılar.
"Bərabərin bərabər üzərində hakimmiyyəti yoxdur"
prinsipinə
görə, onlar başqa hökmdarın ərazisində olsalarda onlar hüquqi baxımdan öz ərazilərində olmağa
davam edirdilər.
Yəni başqa ərazidə olsalarda ərazidən kənar hesab olunurdular və olduğları
ərazisinin qayda qanunna tabe olmurdular. Ancaq bu nəzəriyyə qəbul olunmur. Səfirin ərazisi elə
yerləşmə dövlətin ərazisi olmağa davam edir.
1961-ci il Konvensiyasındada qeyd olunur ki diplomatik immunitet ve
imtiyazlardan istifade edən şəxslər, buna xələl gətirməyəcək şəkildə yerləşmə dövlətin qayda
qanunlarına tabe olmalıdırlar.
2) Təmsilçilik nəzəriyyəsi - Bu nəzəriyyə Hüqo Qrotsı-nın "Səfir Təlimi"
əsərindən yaranıb. Burada da Səfir Hökmdarın təmsilçisi olduğuna görə, "bərabərin bərabər
üzərində hakimiyyəti yoxdur" prinsipi ilə, bu hökmdara verilən immunitet ve imtiyazlar, onun
təmsilçisinə də verilir, yəni gəldiyi dövlətdə xüsusi immunitetlərlə təmin olunmalıdır.
Bu nəzəriyyə qismən qəbul olunur. Müasir formada
suveren bərabərlik prinsipidir.
Suveren bərabərlik dovlətin immuniteti onun rəsmi orqanlarınada tətbiq olunur.
3) Funksional zərurət nəzəriyyəsi - İmmunitet və imtiyazlar diplomatik numayəndəliyin
və personalının funksiyalari ilə əsaslanır. Yəni bu immunitet və imtiyazlar ona görə verilir ki, onlar
funskiyalarını yerinə yetirsin.
Bu son 2 nəzəriyyə birgə tətbiqi şərtiylə immunitet və imtiyazlar üçün əsaslı nəzəriyyədir.
Dostları ilə paylaş: |