1 Beynəlxalq sistemin anlayışı


) Dövlətin beynəlxalq cinayəti anlayışı



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə37/89
tarix10.01.2023
ölçüsü0,75 Mb.
#122136
1   ...   33   34   35   36   37   38   39   40   ...   89
Beynəlxalq Hüquq hazır cavablar

37) Dövlətin beynəlxalq cinayəti anlayışı 
 
Xüsusi sosial-hüquqi hadisə kimi beynəlxalq cinayət bir neçə mühüm əlamətlərə malikdir
məhz bu əlamətlərə görə o, bütün digər beynəlxalq hüquq pozuntularından fərqlənir.
Bunlar aşağıdakılardır: 
a) pozulmuş öhdəliklərin xarakteri, yəni beynəlxalq birliyin həyati maraqlarını əks etdirən 
öhdəliklərin pozulması; 
b) göstərilən öhdəliklərin pozulmasının ciddiliyi 
c) əməlin bütün beynəlxalq birlik tərəfindən beynəlxalq cinayət sayılması, yəni communis 
opinio-nun olması 
Şübhəsiz ki, beynəlxalq cinayətin başlıca ünsürü kimi yuxarıda sadalanmış əlamətlərdən 
birincisi, yəni pozulmuş beynəlxalq öhdəliklərin obyekti çıxış edir. Təcavüz, soyqırım və s. Kimi 
cinayətlər törədilərkən dövlətlər bütün beynəlxalq birlik qarşısında öhdəliklərini (erga omnes 
öhdəlikləri) pozmuş olurlar və bu zaman bütün dövlətlər zərərçəkmiş tərəf sayılır. 
İkinci meyar, yəni beynəlxalq öhdəliklərin ciddi və ya ağır pozulması beynəlxalq cinayətlərin 
xüsusi təhlükəli beynəlxalq hüquq pozuntularından fərqləndirilməsi üçün müstəsna əhəmiyət daşıyır. 
Məsələ burasındadır ki, erga omnes öhdəliklərinin heç də bütün pozuntuları beynəlxalq cinayət 
deyildir. Bu öhdəliklərin yalnız ciddi, ağır pozulduğu halda (əlbətdə ki, digər zəruri öhdəliklərlə 
yanaşı) beynəlxalq cinayət törədilməsi faktından danışmaq olarş Dövlətin öz öhdəliklərini pozmasının 
ciddiliyinin maddi ifadəsi kimi onun hüquqa zidd əməli nəticəsində vurulmuş böyük miqdarda zərər 
çıxış edirş Vurulmuş zərərin xarakteri və həcmi əməlin düzgün tövsifi üçün olduqca mühüm meyardır. 
Beləliklə, ciddilik 
anlayışını təyin etməyin iki metodu mövcuddur: onlardan biri cinayətin xarakterinə, ikincisi isə onun 
nəticələrinə əsaslanır. Diqqətəlayiq haldır ki, beynəlxalq cinayətin sözügedən ünsürü normativ 
sənədlərdə öz dəqiq əksini tapır. Məsələn, ağır pzountular (grave breaches) və digər pozuntular 
arasında fərq Müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyalarında aydın 
qoyulmuşdur; bu sənədlərdə ağır pozuntuların cinayət-hüquqi qaydasında təqib edilməsi üçün xüsusi 
rejim müəyyən edilmişdir…
Beynəlxalq cinayət törədilərkən həmin 
cinayəti törətmiş dövlət üçün xüsusi məsuliyyət rejimi ortaya çıxır.

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin