42) Diplomatik və konsul fəaliyyətini tənzimləyən Beynəlxalq hüququn prinsip və normalar
Diplomatiya hüququ uzun müddət adət normalarına əsaslanmışdır.
Bu sahədə ilk çoxtərəfli
müqavilə 1815-ci il Vyana reqlamentidir. Vyana Reqlamentinə əsasən diplomatiya praktikasında ilk
dəfə olaraq diplomatik rütbə və dərəcələr ümumiləşdirilmişdir. Səfir, elçi və işlər müvəkkilləri kimi
diplomatik dərəcələr müəyyən olunmuşdur. Vyana Reqlamentinin ikinci
maddəsinə əsasən ancaq
səfirlər, elçilər və onlarla bərabər dərəcəli nümayəndələr dövlət başçısının nümayəndələri sayıla
bilər.Onlar dövlət başçısının adından olduğu ölkənin dövlət başçısının nəzdinə təyin edilirlər. İşlər
müvəkkilləri isə xarici işlər nazirləri nəzdinə göndərilirlər.
Dostları ilə paylaş: