1 Beynəlxalq sistemin anlayışı


) Cinayətkarlıqla mübarizədə Beynəlxalq əməkdaşlığın anlayışı və hüquqi mexanizmi



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə67/89
tarix10.01.2023
ölçüsü0,75 Mb.
#122136
1   ...   63   64   65   66   67   68   69   70   ...   89
Beynəlxalq Hüquq hazır cavablar

68) Cinayətkarlıqla mübarizədə Beynəlxalq əməkdaşlığın anlayışı və hüquqi mexanizmi 
Beynəlxalq cinayət yurisdiksiyasının həyata keçirilməsi üçün ən optimal mexanizm daimi 
fəaliyyət göstərən beynəlxalq cinayət məhkəməsidir.
Belə bir məhkəmə, nəhayət ki2003-cü ildən fəaliyyətə başlamışdır.
Bununla yanaşı, konkret tarixi şəraitdə və konkret məkanda baş vermiş hadisələri 
araşdırmaq və ağır cinayətlər törətmiş şəxsləri mühakimə etmək məqsədi ilə ad hok əsasda 
beynəlxalq tribunallar təsis olunmuşdur.
Bunlar İkinci Dünya müharibəsindən sonra yaradılmış Nürnberq və Tokio tribunalları 
və müvafiq olaraq 1993-cü və 1994-cü illərdə yaradılmış Yuqoslaviya və Ruanda tribunallarıdır
Nürnberq və Tokio tribunalları.
Bu iki tribunal beynəlxalq cinayətlər törətmiş şəxsləri 
mühakimə etmək üçün təsis olunmuş ilk beynəlxalq məhkəmə orqanları idi. Onlar İkinci Dünya 
müharibəsi illərində törədilmiş misilsiz vəhşiliklərə cavab olaraq qalib dövlətlər tərəfindən 
yaradılmışdı. 

Yuqoslaviya tribunalı 1993-cü ildə yaradılmışdır.
Tribunal öz Nizamnaməsi əsasında 
fəaliyyət göstəritr. Tribunal yalnız fiziki şəxslər üzərində yurisdiksiyaya malikdir (hüquqi şəxslər 
buraya daxil edilmir). 
 
Ruanda tribunalı 1994-cü il noyabrın 8-də
Təhlükəsizlik Şurasının 955 nömrəli 
qətnaməsi əsasında təsis olunmuşdur. Bu tribunal Ruandada və ona qonşu ölkələrdə qısa müddət 
ərzində törədilmiş vəhşiliklərə cavab tədbiri kimi yaradılmışdır. 
 
«Qarışıq» və ya «beynəlmiləlləşdirilmiş» məhkəmələr.
Bu günə kimi aşağıdakı ərazilərdə «qarışıq » və ya «beynəlmiləlləşdirilmiş» tribunallar, 
yəni tərkibində beynəlxalq hakimlər və (və ya) prokurorlar olan məhkəmə orqanları yaradılmışdır: 
Kambocada, Şərqi Timorda, Kosovada, Bosniya və Herseqovinada, Livanda. 
«Qarışıq» məhkəmələr (tribunallar) aşağıdakı səciyyəvi cəhətlərə malikdir:
a) onların qarışıq (beynəlxalq və milli) tərkibi;
b) BMT ilə əlaqənin olması;
c) bir qayda olaraq, qarışıq predmet yurisdiksiyasının olması;
ç) zamana görə məhdud yurisdiksiyanın olması
Beynəlxalq cinayət məhkəməsinin yurisdiksiyası dövlətlərə deyil, yalnız fiziki şəxslərə 
şamil edilir.
Aşağıdakı cinayətlər Məhkəmənin yurisdiksiyasma aid edilmişdir:
1) Soyqırım;
 
 
 
 
 
 
 
 
 

2) Təcavüz;
 
 
 
 
 
 
 
 
 



3) Beynəlxalq humanitar hüququn ciddi pozuntuları və
 
 
 
 

4) İnsanlıq əleyhinə cinayətlər.
 
Məhkəmə 2003-cü ildə fəaliyyətə başlamışdır. 

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin