73) Bitişik zona, müstəsna iqtisadi zona, kontinental şelf Bitişik zona – Burada əcnəbi gəmilər tərfindən gömrük, vergi, immiqrasiya qaydalarına nəzarət olunması üçün sahilyanı dövlətin müəyyən etdiyi ərazi dənizinə bitişik açıq dənizdir. Həmçinin bitişik zona dövlətin suverenliyi altında deyil və onun eni 12-dəniz milindən
artıq olmamalıdır. 1982-ci il BMT- Konvensiyasının 33-cü maddəsi ilə nizamlanır. Bitişik zonanın növləri: * Gömrük zonası * Sanitar zona * Fiskal zona * İmmiqrasiya zonası Müstəsna iqtisadi zona – Ərazi dənizinə bitişik və eni 200-mildən artıq olmayan açıq dəniz bölgəsidir. Bu bölgədə yerləşən sahilyanı dövlət bir sıra suveren hüquqa malikdir:
1) Burada yerləşən bütün təbii ehtiyatların istismarı sahil dövlətin müstəsna hüququdur və başqa dövlət yalnız razılaşma yolu ilə iştirak edə bilər. 2) Sahilyanı dövlət burada süni ada, müxtəlif növ qurğular yarada bilər. Həmçinin bu zonadan digər dövlətlər lazımı işlər üçün istifadə edə bilərlər, lakin sahilyanı
dövlətin mənafelərin nəzəri alınmalıdır.
Kontinental şelf – Düzünə başlanğıc xətdən 350-milə qədər olan ərazidir, dövlət burada istədiyini edə bilər. Belə ki, sahilyanı dövlət təbii sərvətlərin kəşfiyyatı, istismarı məqsədilə bu
bölgədə suveren hüquqlara malikdir. Həmçinin sahilyanı dövlət radiusu 500-m olan qurğular
yarada bilər. Digər, dövlətlər kontinental şelf üzərində kabel və boru kəmərləri çəkə bilər, lakin
digər işlər üçün sahilyanı dövlətin razılığı olmalıdır.