1. Biznesin iqtisadi mahiyyəti və əsas konsepsiyaları Plan: Biznes və cəmiyyət



Yüklə 383,99 Kb.
Pdf görüntüsü
səhifə13/16
tarix18.11.2023
ölçüsü383,99 Kb.
#133073
1   ...   8   9   10   11   12   13   14   15   16
UNEC 1695223617

Araşdırma və inkişaf
- xarici mühitdə baş verən hadisələri izləyərək müəssisə-
nin imkanlardan istifadə edərək risklərdən qaçmağa imkan verməyə istiqamətlən-
mişdir.
İctimaiyyətlə əlaqələr funksiyası
isə, müəssisəyə xarici mühitlə müsbət əlaqə-
lər qurmağa xidmət edərək, biznesə kənardan təsir edə biləcək hər cür mənfi təsirləri 
minimuma endirməyə şərait yaradır. 
Əks iqtisadi əlaqə 
yaradaraq biznes hər zaman əmtəələrin yaradılması prosesinə 
əks təsir göstərir və istehsalla əks əlaqə yaranır.
Biznesin digər
 
funksiyası 
istehsal sferası ilə istehlak sferasını birləşdirmək

deməli, istehsalçı ilə istehlakçını qovuşdurmaqdan ibarətdir. 
İstehsalın son nəticələri üzərində 
nəzarətçi olmaq
funksiyası biznesin daha bir 
funksiyasıdır. Bu nəzarət kəmiyyətə və keyfiyyətə cavabdehliyi daşıyır. 
İqtisadi münasibətlərin reallaşdırılmasına 
xidmət funksiyası
da biznesin əhə-
miyyətli funksiyasıdır. Bazar mübadiləsi istehsalçı və istehlakçıların öz maraqlarının 
həyata keçirilməsi üsuludur. Burada prinsip belədir: "Mənə lazım olanı mənə ver, 
sən isə sənə lazım olanı alarsan" (A. Smit). 
Biznesin ən mühüm funksiyalarından biri də onun 
tənzimləyici funksiyasıdır.
Bu, biznesin iqtisadiyyatın bütün sahələrinə, birinci növbədə istehsala təsir göstər-
məsi ilə əlaqədardır.


15 
5.
 
Biznesin konsepsiyaları 
Biznesin konsepsiyası 
(missiyası, fəaliyyət xətti) müəssisənin inkişafının və for-
malaşmasının ideologiyasını xarakterizə edir. Onun hazırlanması fəaliyyət xəttini 
formalaşdırmağa imkan verir, hansıki məqsədə çatmaq üçün kollektivi stimullaşdı-
rır. Səmərəli formalaşmış konsepsiya müəssisəyə qarşı müsbət fikir yaradır, kollekti-
vi konkret fəaliyyətə səfərbər edir. 
Konsepsiya
(latınca “conseptio” sözündən götürülüb anlama, başa düşülmə
sistem deməkdir) hər hansı predmetin, təzahürün, yaxud prosesin başa düşülməsinin 
müəyyən üsuludur. 
Konsepsiya - 
firmanın bütün rollarının çoxluğunu birləşdirən davranış xətti olub, 
əsas düşüncə, ali ideya və fəaliyyət istiqaməti nəzərdə tutan, davamlı inkişaf üçün 
ünvanlı, konkret və məqsədyönlü sənəddir. Məsələn, 

Yüklə 383,99 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin