1. Biznesin iqtisadi mahiyyəti və əsas konsepsiyaları Plan: Biznes və cəmiyyət



Yüklə 383,99 Kb.
Pdf görüntüsü
səhifə12/16
tarix18.11.2023
ölçüsü383,99 Kb.
#133073
1   ...   8   9   10   11   12   13   14   15   16
UNEC 1695223617

sahədaxili rəqabət
məhsul vahidinə çəkilən xərclərin aşağı salınması, 
əmək məhsuldarlığının yüksəldilməsi, texniki tərəqqinin sürətləndirilməsi, məhsul-
ların keyfiyətinin yaxşılaşdırılması üçün stimul yaradırsa, 
sahələrarası rəqabət
kapitalın bir sahədən digərinə axması yolu ilə iqtisadiyyatın optimal quruluşunu 
formalaşdırır, perspektivli sahələrin inkişafına şərait yaradır. 
Biznesin məqsədinə çatmaq üçün 
konkret vəzifələrin həlli
nəzərdə tutulur. Hə-
min vəzifələrin yerinə yetirilməsi üçün biznes öz funksiyalarından səmərəli istifadə 
etməlidir.
Bu gün hər biri biznesin ayrıca ixtisaslaşmasına çevrilmiş biznes funksiyalarını 
aşağıdakı qruplarda nəzərdən keçirmək olar: 
1.
İdarəetmə 
2.
İstehsal 
3.
Marketinq 
4.
Maliyyələşdirmə 
5.
İnsan resursları 
6.
Mühasibat uçotu 
7.
Araşdırma və İnkişaf 
8.
İctimaiyyətlə əlaqələr 
9.
Əks iqtisadi əlaqə 
10.
istehsal sferası ilə istehlak sferasını birləşdirmək 
11.
Nəzarət; 
12.
Xidmət; 
İdarəetmə
ümumi biznes funksiyası olaraq qalır, çünki o, bütün biznes fəaliy-
yətlərinə tətbiq olunan ümumi prinsipləri müəyyən edir. 
İstehsal və marketinq
biznesin əsas funksiyalarıdır. 


14 
Maliyyələşdirmə
funksiyası biznesin əsasən ehtiyac duyduğu vəsaitlərin 
tədarükü və əldə edilən vəsaitlərin burada səmərəli istifadəsidir.
İnsan resurslarının idarə edilməsi
funksiyası biznesin məqsədlərinə çatması 
üçün zəruri olan funksiyaları yerinə yetirmək üçün kifayət qədər sayda ixtisaslı kadr-
ların işə götürülməsi, öyrədilməsi, inkişafı, həvəsləndirilməsi və qiymətləndirilməsi 
ilə əlaqədar olub biznesdə çox önəmli rol oynayır.
Mühasibat uçotu
müəssisələrdə maliyyə fəaliyyətlərini (pul axınları haqda mə-
lumatları) qeyd edən, təsnifləşdirən, ümumiləşdirən və müəssisənin daxili və xarici 
mühitinin maliyyə məlumatlarına olan tələbatını müəyyən edir. 

Yüklə 383,99 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin