17
Məqsədlər təşkiledici, motivləşdirici və nəzarətçi funksiyalarını yerinə yetir-
məklə müəssisənin idarəetmə sisteminin başlanğıc elementidir. Deməli, müəssisədə
məqsəd yoxdursa, onun idarə edilməsi də yoxdur.
Müəssisənin məqsədləri quraşdırmanın əsasını təyin edir, nəticələrə nail olmaq
üçün kollektivi səfərbər edir.
Məqsədləri müəyyənləşdirərkən adətən bir neçə suallar məydana çıxır:
-
hansıları seçmək və hansı ardıcıllıqla onları düzmək;
-
nə qədər onlar aktualdır və onlara nail olmaq imkanları necə qiymətləndirilir.
Satış bazarında müəssiənin rolu, biznesin həcminin artırılması, onun mənfəəti, renta-
belliyi və digər xarakteristikaları ilə əlaqədar məqsədlər tipik sayılır. Məqsədlərin
qoyuluşu müəssisənin fəaliyyət xəttində istifadə olunan əsas funksiyasının yerinə
yetirilməsinə kömək edir. Bundan başqa, bilavasitə funksional nəticələrin əldə
olunmasına yönəldilmiş yardımçı (köməkçi) məqsədlər də qoyula bilər.
Biznesin konsepsiyalarını şərti olaraq üç növə ayırmaq olar: kritik, pozitiv,
praqmatik.
Burada konsepsiya dedikdə bu və ya digər obyektiv təzahürlərə davamlı, məntiqi
və qarşılıqlı əlaqəli nəzəri baxışların, eləcə də həmin baxışlardan çıxan nəticələr və
kateqoriyalar sistemi başa düşülür, hansıki onun köməyilə həmin təzahürlər elmi
tədqiqatlarda, çıxışlarda və çap olunmuş əsərlərdə təsvir edilir.
-
Dostları ilə paylaş: