1-ci Fənn: Aqrobiznes. Biznes nədir? (1)


Qanunun “Məlumatlardan istifadə” maddəsinə görə dövlət qulluqçusu necə davranmalıdır(2)



Yüklə 152,02 Kb.
səhifə104/169
tarix01.01.2022
ölçüsü152,02 Kb.
#109989
1   ...   100   101   102   103   104   105   106   107   ...   169
Diplom işi cavablar

72. Qanunun “Məlumatlardan istifadə” maddəsinə görə dövlət qulluqçusu necə davranmalıdır(2)

a) Dövlət qulluqçusu dövlət orqanında müəyyən olunmuş xidməti informasiyanın təqdim edilməsi qaydalarına əməl etməlidir.

b) Dövlət qulluqçusu xidmət etdiyi dövlət orqanının sərəncamında olan məlumatların qanunvericiliklə müəyyən olunmuş qaydada əldə olunması mümkünlüyünü təmin etməlidir.

c) Dövlət qulluqçusu xidmət etdiyi dövlət orqanının sərəncamında olan məlumatların qanunvericiliklə müəyyən olunmuş qaydada yayılması mümkünlüyünü təmin etməlidir.

d) Cavabların hamısı doğrudur.

e) Dövlət qulluqçusu dövlət orqanında müəyyən olunmuş xidməti informasiyanın təqdim edilməsi qaydalarına əməl etməlidir.



73. Dövlət qulluqçularının etik davranış qaydaları haqqında Azərbaycan Respublikasının Qanununun “İctimai vəya siyasi fəaliyyət” maddəsində dövlət qulluqçusunun fəaliyyəti ilə bağlı nə nəzərdə tutulmuşdur(2)

a) Dövlət qulluqçusuna dövlət orqanlarında ictimai və siyasi birliklərin (həmkarlar ittifaqları istisna olmaqla), dini təşkilatların struktur bölmələrini yaratmaq qadağandır.

b) Qanunvericiliklə başqa qayda nəzərdə tutulmamışdırsa, dövlət qulluqçusu ictimai və ya siyasi birliyə üzv olmaq hüququna malikdir.

c) Dövlət qulluqçusunun ictimai və ya siyasi fəaliyyəti, yaxud ictimai və ya siyasi birliyə mənsubiyyəti onun xidməti vəzifələrini qərəzsiz və obyektiv yerinə yetirdiyinə ictimai şübhə doğurmamalıdır.

d) Qeyd olunanların hamısı nəzərdə tutulmuşdur.

e) Dövlət qulluqçusuna seçkilər zamanı öz vəzifə səlahiyyətlərindən özünün və ya digər namizədlərin, siyasi partiyaların xeyrinə istifadə etmək qadağandır.



74. Dövlət qulluqçularının etik davranış qaydaları haqqında Azərbaycan Respublikasının Qanununun “İctimai vəya siyasi fəaliyyət” maddəsində dövlət qulluqçusunun fəaliyyəti ilə bağlı mövqeyinə aşağıdakılardan hansı aid deyil(2)

a) Dövlət qulluqçusunun ictimai və ya siyasi fəaliyyəti, yaxud ictimai və ya siyasi birliyə mənsubiyyəti onun xidməti vəzifələrini və obyektiv yerinə yetirdiyinə ictimai şübhə doğurmamalıdır.

b) Qanunvericiliklə başqa qayda nəzərdə tutulmamışdırsa, dövlət qulluqçusu ictimai və ya siyasi birliyə üzv olmaq hüququna malikdir.

c) Dövlət qulluqçusu xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları şəxsi maraqları üçün istifadə edə bilməz.

d) Dövlət qulluqçusuna dövlət orqanlarında ictimai və siyasi birliklərin (həmkarlar ittifaqları istisna olmaqla), dini təşkilatların struktur bölmələrini yaratmaq qadağandır.

e) Dövlət qulluqçusuna seçkilər zamanı öz vəzifə səlahiyyətlərindən özünün və ya digər namizədlərin, siyasi partiyaların xeyrinə istifadə etmək qadağandır.




Yüklə 152,02 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   169




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin