29. Rəqabətin xarakteri və sərbəstlik dərəcəsi üzrə təsnifləşdirilən bazarlar sırasına daxil deyil: (1)
a) xalis inhisar
b) oliqopoliya
c) inhisar rəqabəti
d) mükəmməl (xalis) rəqabət
e) monopsoniya
30. Bazara yeni məhsul buraxan firma onun bazarda uğurlu hərəkəti üçün hansı qiymət növündən istifadə etmir? (1)
a) bazar yaxud sahədə lider qiymət
b) “psixoloji” qiymət
c) “qaymağın yığılması”na imkan verən qiymət (srim price)
d) kataloq (prospekt) qiyməti
e) məhsulun bazara tətbiqi qiyməti
31. Xarici ticarət üzrə qiymətəmələgətirən amillər – iqtisadi tsikl, məcmu tələb və təklifin vəziyyəti, inflyasiya – hansı amillər qrupuna aiddir? (1)
a) spesifik
b) konkret iqtisadi
c) xarici iqtisadi
d) ümumiqtisadi
e) xüsusi
32. Özünün fəaliyyət sferasını genişləndirmək üçün şəxsin əsas səlahiyyət və resurslarının şirkət tərəfindən istifadə edilməsi; əvvəllər digər təşkilatlar tərəfindən yerinə yetirilən funksiyaların şirkətin biznes-prosesləri strukturuna daxil edilməsi necə adlanır? (1)
a) autsorsinq
b)insorsinq
c) franşayzinq
d) klirinq
e) injinirinq
33. Dünya təsərrüfatına ən böyük təsir göstərən universal iqtisadi təşkilatlar: (1)
a) Şimali Amerika Azad Ticarət Assosiasiyası
b) Avropa İttifaqı
c) Latın Amerikasında Subregional Ticarət-iqtisadiyyat İttifaqı
d) Cənub-Şərqi Asiya Ölkələrinin Assosiasiyası
e) Dünya Bankı qrupu
Dostları ilə paylaş: |