76. Lizinqin çatışmazlığıdır: (2)
a) icarədarın beynəlxalq lizinq zamanı digər ölkələrin verdiyi güzəştlərdən istifadə etməsi
b) avadanlığı tam ödəmə olmadan istifadə məqsədilə almağa, böyük maliyyə səfərbər etmədən yeni istehsalı təşkil etməy imkan verməsi
c) avadanlığa sahib olana qədər sınaqdan keçirməyin mümkün olması
d) avadanlıqdan yalnız müvəqqəti istifadə etmək hüququ verməsi
e) icarədarın avandanlığı müqavilə müddəti qurtarandan sonra nominal və yaxud qalıq dəyəri ilə ala bilməsi
77. Xarici iqtisadi fəaliyyətin müxtəlif aspektlərinin hüquqi tənzimlənməsinə aid ən əhəmiyyətli sənədlər sırasına daxil edilməyən akt hansıdır? (2)
a) Əmtəələrin alqı-satqısında iddia müddəti haqqında Nyu-York konvensiyası
b) Daşınan maddi əşyaların beynəlxalq alqı-satqısına ttəbiq edilə bilən hüquqlar haqqında Haaqa konvensiyası
c) Əmtəələrin beynəlxalq alqı-satqısında müvəkillik haqqında Cenevrə konvensiyası
d) Beynəlxalq faktorinq və beynəlxalq maliyyə lizinqi haqqında 1988-ci il iki Ottava konvensiyası
e) “Gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması haqqında” Beynəlxalq Konvensiya (Kioto Konvensiyası)
78. “İnkoterms-2000” təsnifləşdirilməsi üzrə bazis şərtlərinin ikinci qrupuna daxildir: (2)
a) “Franko zavod”
b) “Franko-daşıyıcı”
c) “Sərhədə qədər göndəriş”, “Yanalma körpüsündən göndəriş”, “Rüsum ödənilmədən göndəriş”, “Rüsum ödənilməklə göndəriş”
d) “Dəyər, sığorta və icarə”, “İcarə/daşınma təyinat yerinə qədər ödənmişdir”, “İcarə/daşınma və sığorta təyinat yerinə qədər ödənmişdir”
e) “Gəminin bortu boyu sərbəst”
Dostları ilə paylaş: |