34. Ən böyük regional inteqrasiya birliyidir: (1)
a) Ümumdünya Ticarət Təşkilatı
b) İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı
c) Cənub-Şərqi Asiya Ölkələrinin Assosiasiyası
d) Beynəlxalq Valyuta Fondu
e) Dünya Bankı qrupu
35. Beynəlxalq biznesdə logistikanın təşkili üçün mühüm rol oynayan sənədlər sırasına daxil deyil: (1)
a) konosament
b) yük cədvəlləri
c) logistika müqaviləsi
d) dəmir yolu qaiməsi
e) avtomobil qaiməsi, beynəlxalq yol daşımaları (Transport İnternational Routine, TIR) kitabçası
36. “Tez reaksiya vermə” aşağıdakı logistika konsepsiyalarından hansının növüdür? (1)
a) “Mükəmməl istehsal” konsepsiyasının
b) “Tələbatların/resursların planlaşdırılması” konsepsiyasının
c) “Dəqiq vaxtında” konsepsiyasının
d) “Tələbə reaksiya” konsepsiyasının
e) heç birinin
37. Ayrı-ayrı ölkələrin bütün və ya bir neçə növdən olan mallarına gömrük rüsumları təyin edilərkən təqdim edilən və yaxud başqa ölkələrin oxşar mallarına aid edilməyən xüsusi imtiyaz necə adlanır? (1)
a) konsessiya
b) gömrük
c) vergi
d) report
e) tarif
Dostları ilə paylaş: |