56. Müəssisə heyətinin seçilməsi istiqamətindəki işlərə daxil deyil: (2)
a) işçilərdə yaradıcı fəaliyyətə, səmərəliləşdirməyə, ixtiraçılığa həvəs oyadılması
b) kadrlara tələbatın qiymətləndirilməsi və seçilməsi meyarlarının müəyyənləşdirilməsi
c) kadrların seçilməsi və işə qəbul edilməsi
d) heyətin işinin keyfiyyətinin qiymətləndirilməsi
e) kadrların öyrədilməsi
57. Maliyyə-sənaye qrupları könüllü formalaşdırılarkən aşağıdakı hallara yol verilmir: (2)
a) maliyyə-kredit idarələri və yaxud investisiya qrupuna daxil olan institutların birində maliyyə-sənaye qrupu müəssisələrinin aktivlərinin 10%-dən çoxunun cəmləşməsinə
b) nizamnamə kapitallarında dövlət, ictimai birlik, xeyriyyəçi və digər ictimai fondların xüsusi çəkisinin 25%-i ötdüyü müəssisələrin səhmlərinə sahib olmağa
c) səhmlərin çarpaz sahibliyinə
d) iştirakçılara mənsub olan səhm paketini onlardan birinə vəkalətli idarəetməyə verməyə
e) hər bir müəssisənin öz hüquqi şəxs və müstəqillik hüququnu itirmədiyi birliklərdə, habelə kapitalının strukturunda maddi aktivlərin 50%-dən yuxarı təşkil etdiyi holdinq şirkətlərində iştirak etməyə
58. Transmilli korporasiyaların inkişafının hansı mərhələsi düzgün verilməmişdir? (2)
a) transmilli korporosiyaların beşinci nəsli XXI əsrin başlanğıcını əhatə edir
b) transmilli korporosiyaların dördüncü nəsli 1970-1980-ci illərdən 1991-ci ilə qədər inkişaf etmişdi
c) transmilli korporosiyaların ikinci nəsli 1918-1939-cu illərdə inkişaf etmişdi
d) transmilli korporosiyaların üçüncü nəsli 1945-ci ildən 1950-1960-cı illərə qədər olan dövrü əhatə edir
e) transmilli korporosiyaların birinci nəsli 1914-1918-ci illəri əhatə edir
Dostları ilə paylaş: |