66. Françayzinq nədir? (2)
a) Müəssisə və firmalara bağlanmış müqavilə əsasında istehsal-kommersiya və elmi-texniki mahiyyət daşıyan mühəndis-məsləhət xidmətlərinin təklif edilməsidir
b) Texnologiya və əmtəə nişanı üzrə lisenziyaların (franşizaların) satışı sistemidir
c) Maşın və avadanlıqların, nəqliyyat vasitələrinin, istehsal qurğularının, uzun müddət işlədilən malların və s. icarəyə verilməsidir
d) İxtiraçıya dövlətin müvafiq orqanı tərəfindən onun müəllifliyini təsdiq edən və öz ixtirasından yalnız özünün istifadəsinə hüquq vərən rəsmi sənəd, şəhadətnamədir
e) Müəssisədə istehsalın onun ehtiyacları müqabilində material resursları və texniki vasitələrlə keyfiyyətli dərəcədə təmin edilməsi prosesidir
67. Françayzinqdə ana şirkətin balansının gəlir hissəsini, adətən, hansı maddələr təşkil edir? (2)
a) patentlərin satılması, xarici ticarət, daxili özəlləşdirmə
b) ticarət markası və loqotipdən istifadə, həvəsləndirici mükafat, səmərəli reklam, texnoloji mübadilə, vençur maliyyələşdirmə
c) elmi tədqiqat və təcrübə konstruktor işlərinə qənaət, uniformaların tədarükü, əməyin ödənilməsi xərcləri
d) ilkin ödəmə, royalti, françayzer tərəfindən istehsal olunan əmtəələrdən mədaxil, icarə haqqı, xidmətlərdən əldə olunan gəlirlər
e) inzibati xərclər, müntəzəm ayırmaların françayzerə ödənilməsi, françayzerin öhdəlikləri, vergi
Dostları ilə paylaş: |