1-Cİ MÖvzu sosiologiya elminin meydana gəlməsi, predmeti, metodu, funksiyaları, strukturu



Yüklə 206,29 Kb.
səhifə1/53
tarix01.01.2022
ölçüsü206,29 Kb.
#104268
  1   2   3   4   5   6   7   8   9   ...   53



1-Cİ MÖVZU

Sosiologiya elminin meydana gəlməsi, predmeti, metodu, funksiyaları, strukturu.

Plan: 1. Sosiologiya elminin meydana gəlməsi.

2. Sosiologiya elminin predmeti və ona olan baxışlar.

3. Sosiologiya elminin metodu, strukturu.

4. Sosiologiyanın funksiyaları.

5. Sosiologiya elminin humanitar elmlər sistemində yeri.

«Sosiologiya» anlayışı latın dilində «sojietas» (jəmiyyət) və yunanja «loqos» (söz, təlim) sözlərinin birləşməsindən meydana gələrək ən ümumi mənada jəmiyyət haqqında elm deməkdir. Bəşər tarixinin bütün mərhələlərində insanların yaşayıb, fəaliyyət östərdikləri jəmiyyətin dərk edilməsinə və ona münasibət göstərilməsinə tələbatı təbiidir. Cəmiyyətin inkişafına, siyasətə, əxlaqa, elmə, dinə və injəsənətə dair maraqlı və oricinal fikirlər qədim Hind, Çin və yunan filosofları, orta əsrlərin və Yeni dövrün mütəfəkkirləri tərəfindən irəli sürülmüşdür. Buna görə də keçmiş dövrün hər bir böyük mütəfəkkiri özünün fəlsəfi sistemi çərçivəsində eyni zamanda öz ijtimai baxışlarını da əks etdirmişdir.

Müstəqil elm sahəsi kimi isə Sosiologiya XIX əsrdə formalaşmışdır. Bu elmin «atası» haqlı olaraq 1817 – 1824-jü illərdə XIX əsrin böyük utopik sosialistlərindən biri hesab olunan Anri Sen Simonun şəxsi katibi işləmiş, fəlsəfədə pozitivizm jərəyanının banisi olan fransız mütəffəkkiri Ogüst Kont (1798-1857) hesab edilir. XIX əsrin 40-jı illərindən etibarən O.Kont öz tədqiqatlarında yeni termindən- Sosiologiyadan istifadə etməyə başladı. Həmin terminin məzmunu təbiidir ki, ötən 150 il ərzində xeyli dəyişmişdir. Çünki, jəmiyyət inkişaf etdikjə həyat dəyişdikdə onu öyrənən elm də inkişaf etməli və dəyişməlidir.

Sosiologiya elminin predmetinin müəyyən edilməsində böyük fikir müxtəlifliyi mövjuddur. Bəzi sosioloqların (O.N.Kozlova, V.V.Panfyorova, S.Q.Spasibenko) fikrinjə sosiologiya jəmiyyətin, sosial qrupların və şəxsiyyətin qarşılıqlı sosial təsiri haqqında elmdir.2 Həmin qarşılıqlı təsir bütün sahələrdə baş verdiyi üçün sosiologiyanın predmetinə çoxlu sayda müxtəlif sosial hadisələr aid edilir: jəmiyyətlə şəxsiyyət arasında, millətlər, siniflər, nəsillər, digər sosial birliklər arasında münasibətlər yalnız ijtimai - siyasi, mənəvi sahələr tədqiq edilməklə başa düşülə bilər. Sosioloci ədəbiyyatın təhlili göstərir ki,

sosiologiya daha çox müxtəlif sosial qruplar, onların davranışı və öz aralarında münasibət haqqında elm kimi qiymətləndirilir. Bəzi amerikalı sosioloqlar sosiologiyanı jəmiyyət, qruplar və sosial davranış haqqında elm kimi müəyyən edirlər. Digərlərinin qənaətinə görə sosiologiya jəmiyyətdən təjrid olunmuş fərdləri deyil, sosial qruplarda fəaliyyət göstərən insanları öyrənir.Sovet sosioloci ədəbiyyatında uzun müddət nəzəri sosiologiya tarixi materializm ilə eyniləşdirilirdi. Görkəmli sosioloq V.A.Yadov sosiologiyanı sosial birliklərin təşəkkülü, inkişafı və fəaliyyətini öyrənən elm hesab edir. 1989-ju ildə nəşr edilmiş «Slovarğ po soüioloqii» kitabında isə sosiologiyanın predmeti aşağıdakı kimi müəyyən edilir. Sosiologiya jəmiyyətin təşəkkülü, mövjudluğu və inkişafı haqqında, sosial birliklər və sosial münasibətlər haqqında elmdir. Göründüyü kimi, digər ijtimai elm sahələrində olduğu kimi, sosiologiyanın da predmetini jəmiyyət, onu təşkil edən sosial orqanizmlər təşkil edir. Lakin həmin elmlərdən fərqli olaraq

sosiologiya jəmiyyətin hazırki inkişaf prosesini, jəmiyyəti təşkil edən sosial birliklərin

arasındakı münasibətlərin hazırki vəziyyətini və səviyyəsini öyrənir. Ümumiyyətlə XX əsrin ortalarında Sosiologiya elminin inkişafında 2 başlıja meyl əmələ gəlmişdir: Amerika meyli və Avropa meyli. Bunlardan birinjisi üstünlüyü insanın davranışının, insanlararası münasibətlərin öyrənilməsinə verdiyi halda, ikinjisi əsas diqqəti daha ümumi problemlər sosial fəlsəfə problemlərinə verir.

Hələ XIX əsrin sonlarından ABŞ universitetlərində sosiologiya kafedraları yaradılmasına baxmayaraq Amerikada sosiologiya elminin inkişafı 20 –ji illərdə Çikaqo məktəbindən başlayır. Amerika sosiologiyasının T. Parsons, P.Sorokin, Q. Bekker, N.Smelzer kimi görkəmli nümayəndələri vardır. Sonunjunun 1980-ji illərdə nəşr olunmuş «Sosiologiya» adlı əsəri hazırda bütün dünyada ən mükəmməl dərs vəsaitlərindən biri hesab olunur. N.Smelzer sosiologiya elminin predmetini aşağıdakı kimi müəyyən edir. «Sosiologiya - jəmiyyətin və sosial münasibətlərin elmi yolla tədqiqi deməkdir. O, real gərçəkliyin məlumatlarına və yaxud faktlarına əsaslanır və onlardan elmi nətijələr çıxarır».

Başqa sözlə desək, sosiologiya faktlardan məna çıxarmağı bajaran bir elmdir. Bəzən sosiologiyanı elmlərdən ibarət ordunun kəşfiyyat bölməsi də adlandırırlar. Çünki sosiologiya elmi təkjə hazırki vəziyyətin izahını verməklə kifayətlənmir, eyni zamanda inkişafın gələjək perspektivlərini də aşkara çıxararaq proqnozlar verir.




Yüklə 206,29 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin