T.Milz, P.Braun, M.Trou, A.Koen, E.Şillz, R.Mak-Ayver, R.K.Merton, T.Parsons və s.
Müasir Qərb sosiologiyasında diqqəti jəlb edən jərəyanlar aşağıdakılardır:
neopozitivizm, struktur-funksional təhlil, münaqişələrin sosiologiyası, fenomenoloci
sosiologiya, simvolik interaksionizm, sosial fəaliyyət nəzəriyyəsi.
Neopozitivizmin təşəkkülü XX əsrin 20-ji illərindən başlayır və «elmin standart
konsepsiyasının» hazırlanması ilə bağlıdır. O, aşağıdakı prinsiplərin həllini nəzərdə tutur:
1. Sosial hadisələr bütün gerçəklik üçün ümumi olan təbiət və mədəni-tarixi
qanunlara tabedir;
2. Sosial tədqiqatların metodları təbiətşünaslığın metodları kimi jiddi, dəqiq və
obyektiv olmalıdır;
3. İnsan davranışının subyektiv aspektlərini yalnız onların açıq təzahürü zamanı
tədqiq etmək olar;__ 4. Elmi anlayışların və müddəaların həqiqiliyi empirik proseduralar əsasında
müəyyən edilir;
5. Bütün sosial hallar və hadisələr kəmiyyətjə təsvir olunmalıdır;
6. Sosiologiya bir elm kimi ideologiyadan və mənəvi sərvətlərə qiymətvermədən
azad olmalıdır.
Bu jərəyanın davamçıları sırasında P.Lazersfildi, Q. Beylonu, D.Koeni, D.Uilleri və
başqalarını göstərmək olar.
Dostları ilə paylaş: |