2. Sosial nəzarət funksiyası. Təhsilin sosiologiyası hər bir yaş dövrünə
uyğun olaraq məktəbli şagirdlərin və tələbələrin müəyyən normalar çərçivəsində
sosial qaydalara əməl etmələrini zəruri edir.
3. Tərbiyəvi funksiya
4. Hərbi-vətənpərvərlik funksiyası.
5. İdrakı funksiya.
6. İdeoloci funksiya.
Müasir dövrdə ibtidai təhsil dünyanın əksər ölkələrində məjburi xarakter daşıyır.
Lakin unutmaq olmaz ki, yalnız son – 2-3 əsr ərzində təhsil geniş xalq kütlələrinin
məsuliyyətinə çevrilmişdir. Buna isə bir neçə əsas tarixi hadisə səbəb olmuşdur:
Birinjisi, Böyük Fransa burcua inqilabı nətijəsində (1789-1793-jü illər) qeyri-zadəgan
mənşəli insanların da siyasi proseslərdə iştiraka jan atması, habelə səsvermə hüququ
almış fəhlələrin öz hüquqlarına olan marağı heç olmasa minimum bilik səviyyəsi tələb
edirdi;
İkinji hadisə yüksək ixtisaslı işçilər tələb edən sənaye inqilabı idi.
Üçünjü mühüm hadisə isə təhsilin sosial institut kimi təşəkkülüdür.
Müxtəlif vaxtlarda çətinliklərlə əlaqədar olaraq budjədə bu məqsədlə bağlı kəsirlər
yaransa da təhsil institutu sabit xarakter daşıyır, onun zəifləməsi və dağılması dünyanın
heç bir ölkəsində müşahidə olunmur.
Təhsil prosesi təkjə gənj nəslin müəyyən fəaliyyət növünə hazırlanması olmayıb
həmçinin insanın jəmiyyətdəki statusuna da təsir göstərir. Bir çox insanların həyatında o,
sosial həyat nərdivanında irəliləmək üçün əsas amilə çevrilir. Amerikalı sosioloq R.Kollinz
hesab edir ki, ABŞ-da təhsil sisteminin genişlənməsi müxtəlif «status qruplarının» nüfuz,
hakimiyyət və var-dövlətə malik olmaq uğrunda mübarizəsidir Dyürkehym yazırdı ki,
təhsil heç vaxt bütün sosial qruplar üçün eyni ola bilməz. Sosial stratifikasiya nə qədər ki,
mövjuddur təhsil müxtəlif səviyyədə yaşayan insnalar üçün müxtəlif olajaqdır. İnkişaf
etmiş ölkələrdə insanlar əmindirlər ki, təhsil səviyyəsi nə qədər yüksəkdirsə həyatda
müvəffəqiyyət qazanmaq ehtimalı da bir o qədər yüksəkdir. Bu o deməkdir ki, təhsil
əvvəlki nəsillərin əziyyət çəkdiyi ədalətsizliyi aradan qaldırmağa imkan verir.
Lakin sosioloci tədqiqatlar bunu şübhə altına alır. Məsələn, amerikalı alimlər Jenks,
Boulz Qinits və b. hesab edirlər ki, valideynlərin irqi və statusu mobilliyə və karyera təhsilə
sərf olunan illərdən daha çox təsir göstərə bilir.
Amerikan sosioloqu Martin Trou tələbə mühitini öyrənərək, amerikalı tələbələrin
mədəniyyəti, davranışı və həyat tərzini dörd tipə ayırmışdır:
Dostları ilə paylaş: |