VI I MÖVZU
SOSİAL İNSTİTUTLARIN SOSİOLOGİYASI
Plan : 1. Sosial institut anlayışı.
2. Sosial institutların mahiyyəti.İnstitutlaşma prosesi və onun inkişafı
3. Sosial institutlarin əsas əlamətləri və funksiyalari
4. Ailənin sosiologiyası.
5. Təhsilin sosiologiyası
6. Dinin sosiologiyası.
7. Siyasətin sosiologiyası.
8. Elmin sosiologiyası.
«İnstitut» anlayışı (latınja institutum – müəssisə,qurum, deməkdir) sosiologiyaya
hüquqşunaslıqdan gəlmişdir. Bu elm onu insanların müəyyən sosial qruplarda, birliklərdə
birgəyaşayışı zamanı hüquq normalarının xarakterinin kompleks şəkildə araşdırılması
üçün istifadə edirlər. Hüquq elmində bu qəbildən olan institutlar, məsələn, ailə, nigah,
mülkiyyət və s. ibarətdir. Sosiologiya elmi də «institut» terminini açıqlayan həmin
anlayışların mənasını qoruyub saxlamışdır. Lakin onların mahiyyətinə daha geniş
aspektdən yanaşaraq onu müxtəlif subyektlərin bu və yaxud digər sosial müəssisədə
davranışının sosial tənzimlənməsinin təşkili forması kimi izah edir.
Sosiumun – sosial olanın institutlaşma aspekti sosiologiya elmində maraq doğuran
ənənəvi sahələrdən biridir. O, sosiologiyanın yaranmasında və inkişafında əvəzsiz
xidmətləri olan bir sıra mütəfəkkirlərin diqqətini özünə jəlb etmişdir. Söhbət, hər şeydən
əvvəl, Ogüst Kont və Herbert Spenser, onların ardınja isə Emil Dürkheym və Maks Veber
haqqında gedir.
O. Kontun sosial hadisələrin öyrənilməsinə institutsional yanaşması fəlsəfənin pozitiv
metodunun özündən irəli gəlir. Burada o, sosial institutlaşmaya insanların əlaqə və
münasibətlərindən doğan zəruri həmrəyliyin və razılığın təmin olunması mexanizmi kimi
baxırdı. O.Kont əsas sosial institutlar dedikdə, ailə, dövlət, dini müəssisələri nəzərdə
tuturdu ki, onun fikrinjə, bunlarda insanların sosial inteqrasiyası təbii
qanunauyğunluqlara əsaslanır.
H.Spenserdə ijtimai hadisələrin tədqiqində sosial institut anlayışı daha önəmli yer
tuturdu. İlk dəfə o, sosiologiya elmində sosial institut anlayışını tamamilə başqa bir
formada işlətmişdir. H.Spenser jəmiyyət institutlarının inkişafında müəyyənediji amili
qonşu ijmalarla və insanları əhatə edən ətraf mühitlə yaşamaq uğrunda mübarizədə
görürdü. Spenser sosial institutların aşağıdakı növlərini fərqləndirir:
Qohumluq institutları (nigah, ailə);
İqtisadi institutlar (bölgü);
Tənzimləyiji institutlar (din, siyasi təşkilatlar).
Spenserə görə, hər jür sosial institut özünə xas sosial fəaliyyətin sabit strukturunun
müəyyən funksiyasının yerinə yetirilməsi əsasında formalaşır. Məhz bu jəhət hər bir sosial
institutun öyrənilməsində sosioloci tədqiqatlar üçün ilkin materialı təşkil edir. Bununla
yanaşı sosial institut hər bir konkret jəmiyyətdə özünün əsl mahiyyətini digər institut
növləri ilə qarşılıqlı əlaqədə göstərir. Bu mənada, sosial institutların müxtəlif növlərini
bir-birindən ayrılıqda götürmək düzgün olmazdı.
Sosial institutlara funksional bağlılıqda baxmaq fransız sosioloqu Emil Dürkheym
tərəfindən davam etdirilir. O, keçmiş sosial institutların strukturunun mümkün qədər
gələjək sosial institutların strukturunu müəyyən edə bilməsi variantının təhlili ilə məşğul
olmuşdur. Dürkheym «Dini həyatın elementar formaları» əsərində yazırdı ki, elmi
ədəbiyyatda yayılmış bəzi baxışlardan fərqli olaraq, jəmiyyətdə insan təbiətindən savayı
heç bir özgə şey jəmiyyət institutlarının pozitivliyi haqqında ideyanın həqiqiliyinə əsas
verə bilməz. Bu fakt insanın özünün realizə olunmasında mühüm vasitə kimi çıxış edir.
E.Dürkheymin sosial institutlar konsepsiyasının dərk olunmasında maraqlı jəhət əməyin
bölgüsü şəraitində insanlar arasında həmrəyliyin iki tipinin - mexaniki və üzvi – birinin
digərinə əvəzlənməsi başlıja yer tuturdu.
K.Marks sosial institutları və onların müxtəlif növlərini ayrılıqda tədqiq etmişdi. O,
sosial instituta jəmiyyətin ijtimai münasibətləri çərçivəsində təhlil vermiş və ona konkret
tarixi şəraitin sosial, daha dəqiqi, istehsal münasibətlərinin formaja təşkilinin dəyişməsi
mövqeyindən yanaşmışdır. Ona görə, konkret ijtimai quruluşların dəiyşməsi nətijə
etibarilə sosial institutların da dəyişilməsinə səbəb olur.
Alman sosioloqu Maks Veber də öz sələflərinin ardınja sosial institutların növlərinə
(dövlət, din, hüqüq və i.a.) eyni yanaşırdı. Lakin, bir anlayış baxımından o, sosial
institutlara yenilik gətirir və hesab edirdi ki, sosiologiyada bu anlayış o əsasda
öyrənilməlidir ki, onlar ayrılıqda hər bir fərd üçün nə dərəjədə əhəmiyyətlidir və fərdlər
ona nə dərəjədə təsir göstərməyə malikdir. Bu jəhətdən M.Veber sənaye kapitalizmi
jəmiyyətinin sosial institutlarına üstünlük verir və bunu həmin jəmiyyətin rasionallığı ilə
bilavasitə əlaqələndirirdi.
O.Kontun, H.Spenserin, E.Dürkheymin pozitiv və funksional institutlaşma
anlayışının məntiqi davamı və inkişafı T.Parsons və onun ardıjıllarının struktur-
funksional analiz ideyalarında öz əksini yeni aspektdə tapır. Struktur-funksional analiz
məktəbi sosial institut anlayışının təhlilinə üstünlük verirdi. T.Parsons jəmiyyətin
konseptual modelini qurur, onu sosial münasibətlərin və sosial institutların sistemi kimi
başa düşürdü. Özlüyündə isə sosial institutlar sosial münasibətlərin xüsusi bir növü olaraq
şərh olunurdu.
Ümumi nəzəriyyədə sosial institutların fəaliyyəti həm fərdlərin davranışının
tənzimlənməsi üçün xüsusi normativlər kompleksi kimi, həm də jəmiyyətin status – rolu
strukturunun təşkili formasında çıxış edir. Burada sosiumun institutsional strukturuna
mühüm rol verilir, ona görə ki, məhz o, jəmiyyətdə sosial intizamın, onun stabilliyinin və
inteqrasiyasının təmin olunmasına zəmin yaradır.
Sosial institutların spesifik jəhətlərindən biri də insanların davranışının nəsildən-
nəsilə ötürülməsi məsələsi təşkil edir. Belə bir jəhət insanların keçmiş birlik formalarına
xas olmuşsa da, qeyd edək ki, müasir dövrdə də bu amil öz əhəmiyyətini saxlamaqdadır.
Burada isə adət-ənənələr, vərdişlər, idarəetmənin mühafizəkar əlamətləri və sairə
insanların davranışında başlıja rol oynayır. Bu kimi sosial institutlaşmada M.Veberin
klassik idarəetmə nəzəriyyəsinin üç məşhur tipinə nəzər yetirmək kifayətdir: ənənəvi,
harizmatik, rasional-leqal. Bunların hər birində bütövlükdə sosial institutlar, ayrılıqda isə
müəyyən sosial struktura daxil olan hər bir institut (ailə, din, nigah, hüqüq və i.a.) bu və
yaxud digər jəmiyyət əhəmiyyətli məqsəd və funksiyaların yerinə yetirilməsi üçün təşkil
olunurlar.
Elmi ədəbiyyatda «sosial institut» anlayışının struktur-funksional və institutsional
şərhi ilə qarşılaşmaq müasir sosiologiyada onun müəyyənləşməsinə dair digər
yanaşmaların olduğunu istisna etmir. Bu jəhətdən, fenomenoloci və biheviorju
konsepsiyaların özünə məxsus yeri vardır. Belə ki, məsələn, U.Hamilton yazır: «İnstitutlar
–jəmiyyət adətlərini yaşadan qrupların yaxşı təsviri üçün ilahi simvoldur. Onlar müəyyən
qruplar üçün vərdiş yaxud xalq üçün adət olub, daim təfəkkür yaxud fəaliyyət üsulları
deməkdir…».
Müasir sosioloci nəzəriyyələrdə sosial institut anlayışı sahəsində böyük təjrübə əldə
olunmuşdur. Elmi ədəbiyyatın təhlili göstərir ki, sosial institutların başa düşülməsi üçün
bu və yaxud digər bir yanaşmanın üzərində dayanmaq düzgün olmazdı. Jəmiyyət özü bir
orqanizm olaraq çoxsaylı amillərin kompleksi əsasında təşəkkül tapdığı kimi, eləjə də
80
sosial institut formaja özündə həm iqtisadi, həm mənəvi, həm də əxlaqi-psixoloci amilləri
şərtləndirir. Bu, eyni zamanda dövlətə, dinə, mədəniyyətə, təhsilə və digər sosial
institutlara da xasdır. Lakin, bütövlükdə isə sosial institutlara və onun ayrı-ayrı
komponentlərinə konkret jəmiyyət tipi kimi yanaşmaq daha obyektivdir. Yəni, istər
marksist, istərsə də veberçi nöqteyi-nəzərindən yanaşılsın, həqiqətən də ibtidai jəmiyyət –
ənənəvi, quldarlıq və feodalizm – harizmatik, kapitalizm – rasional-leqal (liberal),
sosializm isə avtoritar xarakterli sosial institutları özlərində təzahür etdirirlər. Konkret
desək, onların hər birinin özünə xas insanların davranışını şərtləndirən sosial instiutlar
formalaşır.
Sosial institutlar insan jəmiyyətinin inkişafı gedişində fəaliyyət növlərinin
differensiasiyası, əməyin bölgüsü, ijtimai münasibətlərin spesifik növlərinin formalaşması
əsasında yaranırlar. Onların formalaşması sosiumun ijtimai əhəmiyyətli fəaliyyət
sferalarının və sosial münasibətlərin tənzimlənməsinin obyektiv tələbatları ilə şərtlənir. Bu
əsasda sosial institutların yaranmasında və formalaşmasında rus sosioloqu N.Korcevskinin
irəli sürdüyü kateqorial sıra daha maraqlıdır: «fəaliyyət –ijtimai münasibətlər –sosial
institut».
Dostları ilə paylaş: |