1-Cİ MÖvzu sosiologiya elminin meydana gəlməsi, predmeti, metodu, funksiyaları, strukturu


Təhsilin mühüm sosioloci problemlərindən biri



Yüklə 206,29 Kb.
səhifə41/53
tarix01.01.2022
ölçüsü206,29 Kb.
#104268
1   ...   37   38   39   40   41   42   43   44   ...   53
Təhsilin mühüm sosioloci problemlərindən biri – mədəniyyətin formalaşması,

tələbələrin humanitar hazırlığıdır. Təhsillə mədəniyyət__hər biri ayrılıqda sosial institutların

müxtəlif tipləridir. Onların hər birinin spesifik xüsusiyyətləri var. Lakin, təhsili

mədəniyyətsiz, yaxud əksinə, təsəvvür etmək mümkün deyil.

Təhsilin sosiologiyası təhsilin humanizmlə, sosial münasibətlərlə qarşılıqlı əlaqədə

qurulmasını tələb edir. Qərb ölkələrində bu sahədə yenidən islahatların həyata keçirilməsi

mövjud problemi aradan qaldırır. Hazırda Amerika universitetlərində humanitar və sosial

elmlər nəinki ixtisas fakültələrində, hətta texniki fakultələrdə də jiddi əsaslarda öyrənilir.

Amerika universitetlərinin rəhbərlərindən biri bu faktı belə açıqlayır: «Bizim vəzifəmiz sizi

yalnız həyatda işləməyə hazırlamaq deyil, həmçinin nejə yaşamağı öyrətməkdir. Bu

jəhətdən fəlsəfə də sizin həyata hazırlanmağınızın tərkib hissəsələrindən biridir. Bu bizim

möhkəm mövqeyimizdir və biz onu dəyişməyə hazırlaşmırıq».

Beləliklə, hər bir jəmiyyətin gələjəyi sosial institutların bir növü kimi təhsilin

müvəffəqiyyətli inkişafından çox asılıdır.

Təhsil naziri deyib ki, son bir neçə ildə ali məktəblərə dövlət büdcəsindən ayrılan vəsait

davamlı olaraq artır. Son iki ildə ali məktəblərin büdcəsi hər il 2 dəfə artıb. 2003-cü illə

müqayisədə isə bu artım 5 dəfədən çox olub. Misir Mərdanov qeyd edib ki, hazırda ali

məktəblərə büdcədən ayrılan vəsait 121 milyon manat təşkil edir.

Bununla belə, təhsil naziri bildirib ki, büdcədən ali təhsilə ayrılan vəsait ali məktəblər üzrə

ədalətli şəkildə bölünmür. Onun sözlərinə görə, bəzi ali məktəblərdə tələbələrin sayı aşağı olsa

da, onlara ayrılan vəsait tələbələrin sayı çox olan ali məktəblərdən yüksəkdir: “Bu ədaləti bərpa

etmək üçün maliyyələşmə prinsipinə yenidən baxılmalıdır. Dünya Bankı ilə Azərbaycan

hökumətinin əməkdaşlığı sayəsində gələn ildən ali məktəblərdə adambaşına maliyyələşmə

tətbiq olunacaq”.




Yüklə 206,29 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin