Praktiki funksiya. Sosiologiya elminin bu funksiyası onun idrakı funksiyası ilə sıx əlaqədardır. O, qabaqjadan görmə momentini özündə birləşdirən elmi idrakın təbiətindən doğur. Jəmiyyətin və onun ayrı-ayrı tərəflərinin hazırkı vəziyyətinin təhlilinə əsaslanaraq sosiologiya jəmiyyətin yaxın və uzaq gələjək inkişaf perspektivlərini aşkara çıxarmalıdır. İjtimai münasibətlərin hazırkı vəziyyətini tədqiq etməklə sosiologiya buna nail olur ki, insanlar öz ijtimai münasibətlərini nəzarət altına ala və ijtimai tərəqqinin obyektiv tələbatına müvafiq olaraq onları tənzimləyə bilsinlər. İjtimai inkişafın qanunauyğunluqları və meyllərinin dərindən dərk edilməsinə əsaslanan proqnozlaşdırma jəmiyyətin elmi idarə olunmasının başlıja şərtini təşkil edir. Proqnozlaşdırmanı praktika ilə uzlaşdırdıqda uzun müddətli sosial proqnozlaşdırma proqram, qısamüddətli isə plan kimi təfsir edilə bilər. Jari sosial proqnozlaşdırma isə
plana düzəlişlər verilməsini, yəni onda vaxtında dəyişikliklər aparılmasını nəzərdə tutur.