1-Cİ MÖvzu sosiologiya elminin meydana gəlməsi, predmeti, metodu, funksiyaları, strukturu



Yüklə 206,29 Kb.
səhifə51/53
tarix01.01.2022
ölçüsü206,29 Kb.
#104268
1   ...   45   46   47   48   49   50   51   52   53
Sosial proqnozlasma nədir?

Proqnozlasdırma – qədim yunan sözü (proqnosis) gələcələgəyi görmək, gələgəyi söyləmək deməkdir. Proqnozun hazırlanması bu və ya digər sosial hadisənin gələcək inkişafı haqqında ehtimal, mülahizə ir_li sürülməsi deməkdir. Dar mənada isə proqnoz, bu və ya digər hadisə və proses haqqında, onların dəyisdirilməsi və inkisafının kəmiyyət baxımından qiymətləndirilməsi perspektivləri haqqında xüsusi elmi Tədqiqatlar deməkdir. Proqnozlasdırma – gerçəkliyin qabaqcadan əks etdirilməsidir. Proqnozlasdırma prosesi insanın intellektual fəaliyyəti olub, insan süurunun əsas funksiyalarından biridir. Bunun səbəbi odur ki, təbiət və cəmiyyətdə bir sıra elə hadisələr bas verir ki, insan onların necə inkisaf edəcəyini nəzərə almalıdır. Gələcəyı aid olan hər cür şərait bu və ya digər mənada qeyri-müəyyəndir. İnsan isə özünün fəaliyyəti ilə bu qeyri-müəyyənliyin səviyyəsinin asagı salınmasına cəhd göstərir.



Gələcək haqqında utopik təsəvvürlərin ikinci inkişaf mərhələsi XI-XIII əsrlərə aiddir. Bu dövrdə Yaxın və Orta Şərqdə Əl-Fərabi, Nizami, Füzuli və başqalarının əsərlərində gələcək və ya daha yaxşı cəmiyyət haqqında təsəvvürlər öz əksini tapmışdı. Sonradan bu inkişaf XIX-XX əsrin əvvəlinədək nəzərəçarpmayacaq forma almışdı. Üçüncü mərhələdə XVI–XVII əsrin əvvəllərində İntibah və Maarifçilik dövrlərində Qərbdə sosial inkişaf haqqında utopik fikirlər geniş yayıldı. Bu T.Morun «Utopiya» əsərindən Melyenin «Vəsiyyətnamə» və Volterin «Fəlsəfi məktublar» əsərlərinə qədər davam etmişdi. Məhz utopiyalar XVI-XVII əsrlərdəki burjua inqilablarının ideologiyasına çevrilmişdi. Dördüncü mərhələ XVIII əsri əhatə edir. Yeni dövr fəlsəfəsinin görkəmli nümayəndləri olan F.Bekon, Hobss, Dekart, Spinoza, Lokk və başqaları və maarifçilik dövrünün görkəmli nümayəndələri olan Volter, Russo, Monteskyö, Holbax, Helvetsi, Didro, Lessinq, Şiller, Cefferson, Franklin, Novikov, Radişev və digərlərinin əsərlərində gələcək haqqında düşüncələr öz əksini tapmışdır. Beşinci mərhələ XIX əsrin birinci yarısını əhatə edir.

XIX əsrdə gələcəyin proqnozlaşdırılması ilə bağlı yeni istiqamət «elmi fantastika» inkişaf etdi. Elmi fantasitik əsərlərin müəllifləri, dövrün görkəmli yazıçıları Bredberi, Klark, Şekli, Saymak, Azimov, Merl, Abe, Lema, İ.Yefremova və başqaları müasir elmin nailiyyətlərinə əsaslanaraq, əsərlərində gələcəyin təsvirini verməyə çalışırdılar. Bu müəllifləri bəşəriyyətin sosial gələcəyi deyil, ayrı-ayrı elmi-teniki nailiyyətlərin nəticələri və müəyyən qədər də sosial tərəqqi maraqlandırırdı. Energetikanın və maddi-xammal istehsal bazaları, sənaye və şəhərsalma, kənd təsərrüfatı, nəqliyyat, səhiyyə və təhsil, mədəniyyət, hüquq normaları, Yer və kosmosun məskunlaşması əsas diqqət mərkəzində idi. Əvvəllər bu problemlərə elmi məruzə və məqalələrdə, utopiya və bədii əsərlərdə və s. daha çox toxunulurdu. Sonralar gələcək haqqında xüsusi bədii əsərlər meydana çıxdı. Bu sırada 1886-cı ildə P.Qartinqin «2006- cı il», 1892-ci ildə Ş.Rişenin «Yüz il sonra», 1896-cı ildə Q.Tardın «Gələcək tarixi məqamlar», 1902-ci ildə E.Qovardın «Gələcəyin şəhər-bağları», 1907-ci ildə İ.İ.Meçnikovun «Optimizm etüdləri» və s. əsərlərini qeyd etmək olar. Bu əsərlər arasında Q.Uillisin 1901-ci ildə nəşr olunmuş «Mexanika və elmin təqərqisinin insan həyatına və fikirlərinə təsiri ilə bağlı uzaqgörənlik» adlı əsəri dövrü üçün əhəmiyyətli mənbə idi. XX əsrin 20-ci illərində gələcək haqqında elmi fantastik əsərlərin yazılması ənənə şəklini aldı. 1916-cı ildə C.B.S.Qoldeynin «Dedal, yaxud Elm və gələcək» adlı əsəri 1925-1930-cu illərdə elm, texnika, iqtisadiyyat, mədəniyyət, siyasət, incəsənət problemlərilə əlaqədar gələcəyin planlaşdırılması ilə bağlı əsərlərin nəşrinə səbəb oldu. Eyni zamanda Qərbdə A.M.Lou, F.Cibbs, E.Birkenxed və bir sıra müəlliflərin fundamental əsərləri çap olundu. XX əsrin 30-cu illərində baş verən iqtisadi böhran və dünya müharibəsi təhlükəsi Qərbin erkən futuroloji konsepsiyalarının zəifləməsinə səbəb oldu. C.Due, D.Fullera, B. Liddel-Qarta və digər hərbi-nəzəriyyəçilərin əsərləri ön plana çıxdı. SSRİ-də QOELRO planı ilə bağlı əsərlər nəşr olunmağa başlandı. Siolkovski, L.M.Sabsoviç, N.Meşeryakov və digər müəlliflər bilavasitə gələcəyin elmi planlaşdırılması istiqamətli əsərlər yazırdılar. 1924-1928-ci illərdə görkəmli iqtisadçı V.A.Bazarov-Rudnev gələcəyə yeni yanaşma istiqamətli məqalələrlə çıxış etməyə başladı.V.A.BazarovRudnev proqnoz-qabaqcadan xəbərverməni kəşfiyyat proqnozla əvəz edərək, onun iki formasını təqdim edirdi: 1) məntiqi ardıcıllıq yolu ilə gələcək tendensiyaların aşkar edilməsi və problemlərin həll edilməsi; 2) teoloji 13 (normativ) proqnozlaşdırma əsasında gələcək problemlərin səmərəli həlli yollarının aşkar edilməsi. Bazarovun tədqiqatları dərk edilmədiyindən inkişaf etdirilmədi. Ancaq XX əsrin 80-cı illərində elmdə istifadə edilməyə başlandı. XX əsrin 50-60-cı illərində Amerika ekspertləri T.Qordon, O.Qelmer və başqaları ABŞ-ın və dünyanın 15 il sonrakı vəziyyəti ilə bağlı «Appalon» proqram-proqnoz hazırlamışdılar. Burada ABŞ-ın Aya uçuşu planlaşdırılırdı. ABŞ tədqiqatçıları müstəqil şəkildə Bazarovun yaddan çıxmış kəşfiyyat və normativ proqnozlaşdırma konsepsiyalarını işləmişdilər. İkinci dünya müharibəsi illərində gələcək haqqında konsepsiyaların işlənməsi tənəzzül etdi. XX əsrdə 40-cı illərin sonu 50-ci illərinin əvvəllərində Elmi Texniki İnqilab (ETİ) konsepsiyalarının meydana çıxması, kəşfiyyat və normativ proqnozlaşdırma texnikasının işlənməsi və gələcək haqqında yeni konsepsiyaların (industrializm, ekzistensializm, strukturalizm, neopozitivizm, sosial-reformizm, teyardizm, konvergensiya nəzəriyyəsi və s.) formalaşması proqnozlaşdırmanın yeni istiqamətli inkişafına gətirdi. Bu dövrdə C.Bernal, N.Viner, R.Yunqun əsərlərində elmi texniki tərəqqinin nailiyyətlərinin gələcək inkişafa təsiri təsvir edilirdi. XX əsrin 60-cı ilərində «texnoloji pronozlaşdırma» ilə məşğul olan yüzlərlə proqnozlaşdırma müəssisələri açıldı. Qərb fəlsəfəsinin yeni istiqamətləri ilə tanışlıq gələcək haqqında konsepsiyaların yaradılması üçün vacib olan anlayışlar, kateqoriyalar, nəzəri əsaslandırmalar, yeni meyllər, sosial normalar və s. formalaşmasına şərait yaratdı. Fransız sosioloqu J.Furastyenin «1960-cı ilin sivilizasiyaları» (1947), «XX əsrin böyük ümidi» (1949), «Gələcəyin tarixi» (1956), «XX əsrin böyük metamorfozası» (1961), ingilis alimi A.Tomsonun «Görünən gələcək» (1955), A.Klarkın «Gələcəyin cizgiləri» (1962) və başqalarının əsərləri elmi-texniki tərəqqinin nailiyyətləri əsasında gələcəyin təsvirini verməyə yönəlmişdi. Həmin illərdə Qərbdə industrializmin ideya əsaslarnı təşkil edən fəlsəfi, iqtisadi və sosioloji konsepsiyaların işlənməsi geniş miqyas almışdı. 1960-cı ildə Amerika iqtisadçısı və sosioloqu U.Rostou «İqtisadi inkişaf mərhələlri. Qeyri-kommunist manifesti» adlı əsəri nəşr olundu. Təxminən eyni vaxtda C.Gelbreytin «Yeni industrial cəmiyyət» (1967), fransız sosioloqu R.Aronun «İndustrial dövr haqqında üç məqalə» (1966), A.Turenin «Postindustrial cəmiyyət» (1969), D.Bellin «Postindustrial cəmiyyətin yaranması» (1973), «Kapitalizm mədəniyyətinin ziddiyyətləri» (1967) əsərləri nəşr olunmuşdu. İndustrializm konsepsiyasının əsasında belə bir fikir dururdu ki, ölkənin sosial-iqtisadi inkişafı ictimai-iqtisadi formasiya ilə deyil, sənaye potensialı ilə müəyyənləşir. Əgər ölkənin daxili mədaxili yüz min dollarlardan ibarətdirsə, 14 deməli bu ölkə industrialdan əvvəlki mərhələdən industrial mərhələyə keçid dövründədir. 1964-1966-cı illərdə ABŞ-nın aparıcı proqnozlaşdırma mərkəzlərindən birində Q.Kan və A.Vinerin rəhbərliyi ilə «2000-ci il» adlı kitab nəşr olundu. Kitabda müəlliflər Ümümi Milli Məhsulun əhalinin sayına görə bölüşdürülməsi əsasında ölkələrin siyahısını tərtib etmişdilər. Bu əsasda Kann və Viner ölkələri 5 kateqoriyaya bölmüşdülər: industrializmə qədərki ölkələr, keçid ölkələri, industrial ölkələr, yüksək industrial ölkələr və postindustrial ölkələr. Müəlliflər ÜMM hesablanması əsasında ölkələrin bir səviyyədən digər səviyyəyə keçməsini müəyyənləşdirməyə çalışmışdılar. Belə nəticəyə gəlmişdilər ki, postindustrial inkişaf səviyyəsinə keçmək üçün yüksək industrial ölkərə 11 – 42 il, industriala qədərki mərhələdə olan Çinə – 101 il, Hindistana 117 il, Nigeriyaya – 339 il, İndoneziyaya – 593 il lazımdır. Bu konsepsiyada göstərilirdi ki, XXI əsrdə dünya ölkələri ABŞ-nın 60-cı illərdəki inkişaf səviyyəsinə çata biləcək, ABŞ isə postindustrial cəmiyyət olacaq. Lakin müasir dövrdə göründüyü kimi bu konsepsiya təsdiqini tapmadı. Belə ki, müasir dövrdə ölkələrin inkişafı yalnız iqtisadi əsaslarla deyil, elmi-texniki tərəqqi ilə də müəyyənləşir. Bununla yanaşı ABŞ-da əhalinin təxminən 10%-i milyarderlər olsa da, 10%-i də səfil, dilənçilərdən ibarətdir. Postindustrializm nəzəriyyəsi tənqidə məruz qaldığı üçün müəllifələr postindustrial cəmiyyətin sosial struktur göstəricilərini nəzərdən keçirdilər, cəmiyyətin istehsalpeşəkarlıq strukturunun «üç industriya» konsepsiyası ilə (1 – kənd və meşə təsərrüfatı, balıqçılıq sənayesi, 2 – emal sənayesi, 3 – xidmət və mənəvi istehsal sahəsi) uyğunlaşdırılması ön plana çəkildi. Gələcəyin belə təsviri cəmiyyətin təhsil strukturunun təkamülü ilə tamamlanmışdı. İndustrial cəmiyyətdən fərqli olaraq, postindustrial cəmiyyətdə əhalinin böyük əksəriyyəti diplomlu mütəxəssislərdən ibarət olmalı idi. Bununla yanaşı cəmiyyətin sosial demoqrafik struktur göstəricilərinə də xüsusi diqqət yetirilirdi. İndustrializmə qədərki cəmiyyətlərdə doğum səviyyəsi yüksək olduğu halda, industrial cəmiyyətlərdə əhali artımı nəzərəçarpacaq qədər azaldığından, postindustrial cəmiyyətlərdə əhalinin doğumu və ölümü səviyyəsi bərabərləşir, təbii artım 0%-ə qədər azalır. Postindustrializm nəzəriyyəsində həmçinin idustriala qədərki, industrial və postindustrial cəmiyyətlərdə ailənin ümumi gəlir səviyyəsi əsas göstərici kimi götürülərək, belə müəyyənləşdirilirdi ki, industriala qədərki cəmiyyətlərdən fərqli olaraq, postindustrial cəmiyyətlərdə əsas xərc yeməyə və geyimə deyil, yaşayış yeri, nəqliyyat, mədəniyyətə sərf ediləcək və əhalinin gəliri çox olduğundan məişət xidmətlərinin də xərci görünməyən həddə çatacaq. 15 Nəzəriyyəçilər postindustrial cəmiyyətin əsas göstəricilərindən biri kimi iş ilinin strukturunu müəyyənləşdirməyə çalışırdılar. Onlar belə bir nəticəyə gəlmişdilər ki, industriala qədərki cəmiyyətlərdə 6 günlük iş həftəsi 10-12 saatlıq iş günü müəyyənləşdirilirdisə, postindustrial cəmiyyətlərdə 4 günlük iş həftəsi 6 saatlıq iş günü ilə tənzimlənəcəkdir. Postindustrial cəmiyyətdə əhalinin 1/10 hissəsi kənd təsərrüfatı və sənayedə, qalan 9/10 hissəsi isə xidmət və mənəvi istehsal sahəsində çalışan diplomlu mütəxəssislərdən ibarət olacaqdır.


Yüklə 206,29 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin