1. Dövlət və bələdiyyə idarəetməsinin müasir yanaşmaları


Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması və sahibkarlığı dövlət tənzimlənməsi. Milli iqtisadiyyatın modernləşməsində aparılan investisiya siyasəti



Yüklə 41,48 Kb.
səhifə17/17
tarix22.01.2023
ölçüsü41,48 Kb.
#122427
1   ...   9   10   11   12   13   14   15   16   17
Dövlət və bələdiyyə qisa

22. Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması və sahibkarlığı dövlət tənzimlənməsi. Milli iqtisadiyyatın modernləşməsində aparılan investisiya siyasəti.Qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və iqtisadiyyatın neftdən asılılığının azaldılması Azərbaycanın qarşıya qoyduğu prioritet hədəflər sırasında yer alır. Son illərdə milli iqtisadiyyatımızda özəl bölmənin xüsusi çəkisinin getdikcə artması ölkəmizin müsbət reallıqlarından biri kimi diqqəti cəlb edir. 2018-ci ildə sənayedə özəl sektorun payı 83,2 faiz, 2019-cu ilin birinci yarısında isə 82,5 faiz olub. Respublikamızda qısa müddətdə iqtisadi proseslərə təsir imkanları artan güclü sahibkarlar ordusunun formalaşmasında ardıcıl surətdə həyata keçirilən məqsədyönlü islahatlar, həmçinin bu sektora dövlət tərəfindən həyata keçirilən dəstək tədbirləri çox mühüm rol oynayıb. Qeyd edək ki, dövlət başçısının “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 2018-ci il 31 iyul tarixli Fərmanı ilə Sahibkarlığa Kömək Milli Fondu ləğv edilərək İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsi yaradılıb və “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası” təsdiq edilib. Yeni qaydalara əsasən, güzəştli kreditlərdən daha səmərəli istifadə məqsədilə Sahibkarlığın İnkişafı Fondunun kreditlərinin illik faiz dərəcəsi 6 faizdən 5 faizə endirilib.Bütün ölkə boyu yaradılan “KOB Dostu” şəbəkəsi kiçik və orta biznesin inkişafında mühüm rol oynayır. KOB-lara dəstək məqsədi ilə yaradılmış Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 2019-cu ilin yanvar-iyun ayları ərzində mikro, kiçik və orta sahibkarların məlumatlandırılması, onlara müxtəlif xidmətlərin göstərilməsi, yeni dəstək mexanizmlərinin yaradılması, KOB-ların maraqlarının müdafiəsi istiqamətində müvafiq tədbirlər görülüb. Əlamətdar haldır ki, respublikamızda özəl bölmənin dinamik inkişafını təmin etmək məqsədilə həyata keçirilən islahatlar beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. Bu baxımdan Dünya Bankının yaydığı “Doing Business 2019” hesabatı xüsusilə xarakterikdir. Hesabata əsasən, ölkəmiz “Tikinti üçün icazələrin alınması” və “Kreditlərin alınması” indikatorlarının hər biri üzrə 100 pillə irəliləyərək ciddi nailiyyət əldə edib.
Yüklə 41,48 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin