1. Dövlət və bələdiyyə idarəetməsinin müasir yanaşmaları


Dövlət və bələdiyyə idarəetməsində məsuliyyət



Yüklə 41,48 Kb.
səhifə7/17
tarix22.01.2023
ölçüsü41,48 Kb.
#122427
1   2   3   4   5   6   7   8   9   10   ...   17
Dövlət və bələdiyyə qisa

8.Dövlət və bələdiyyə idarəetməsində məsuliyyət.Yerli özünüidarəetmə orqanlarının məsuliyyəti dedikdə, bu orqanlann qəbul etdikləri qanunsuz aktlar nəticəsində, daşıdıqları funksiya və vəzifələri lazımi qaydada icra etmədikləri nəticəsində, törətdikləri pozuntular nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş zərərin nəticələrini aradan qaldırmaq vəzifəsidir. Azərbaycan Respublikasında qüvvədə olan bələdiyyə qanunvericiliyin tələblərinə görə bələdiyyə orqanları əhali, dövlət, fiziki və hüquqi şəxslər qarşısında məsuliyyət daşıyırlar. Bələdiyyə orqanlarının fiziki şəxslər qarşısında məsuliyyəti Azərbaycan Respublikasının Konstitusiyasında bələdiyyə orqanlarının insan və vətəndaş hüquq və azadlıqları qorumaq vəzifəsindən irəli gəlir. Qeyd etmək lazımdır ki, insan hüquq və azadlıqlarının təmin olunmasına dair Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş müddəalar Azərbaycan Respublikasının Qanunlannda və digər normativ aktlarında konkretləşdirilmişdir.Bələdiyyə orqanlarının fiziki və hüquqi şəxslər qarşısında məsuliyyəti bir neçə hallarda yarana bilər. Məsələn, bələdiyyə orqanlan tərəfindən fiziki şəxsin qanunla müəyyən edilmiş hüquq və azadlıqlan pozulduqda sonuncu bələdiyyə orqanlarının qanunsuz hərəkətindən (hərəkətsizliyindən) və qərarlarından məhkəməyə müraciət edə bilər. Düzdür, bələdiyyə orqanının vəzifəli şəxsi tərəfindən fiziki şəxsin hüquq və ya azadlığı pozulduğu təqdirdə fiziki şəxs şikayətlə bələdiyyə orqanının sədrinə də müraciət edə bilər. fiziki və hüquqi şəxslərin pozulmuş hüquq və azadlıqlarını məhkəmə qaydasında müdafiə forması təcrübədə ən səmərəli müdafiə formasına aid edilə bilər. Məhkəmə işə baxdıqda şikayət edilən bələdiyyə orqanının və ya vəzifəli şəxsin hərəkətinin və ya qərarının qanuni olub olmadığını yoxlayır.Bələdiyyə orqanları öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına və digər normativ aktlarına zidd qərar qəbul etməklə və ya hərəkət (hərəkətsizlik) etməklə vətəndaşların hüquqlarını pozmuş olurlar.Məhkəmə tərəfindən qanunsuz hesab edilmiş bələdiyyə orqanlarının hərəkətləri (hərəkətsizliyi) və ya qərarları nəticəsində fiziki və hüquqi şəxslərə vurulmuş zərər mülki qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada bələdiyyə orqanlari tərəfindən ödənilir.Təcrübədə bələdiyyə orqanları bir çox hallarda hüquqi və fiziki şəxslərlə bağladıqlan müqavilələrdən irəli gələn şərtləri pozduqlarına görə məsuliyyət daşıyırlar. Bələdiyyələrin vətəndaşlara vurduqları maddi zərər bələdiyyə büdcəsinin vəsaiti hesabına ödənilir. Bələdiyyələr vurduqları zərərin əvəzini könüllüşəkildə və ya məhkəmə aktı əsasında ödəyirlər.



Yüklə 41,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin