1.Dövlət və bələdiyyə idarəetməsinin müasir yanaşmaları.İdarəetmə nəzəriyyəsinə əsasən idarəçiliyin müxtəlif növləri və formaları vardır. Hamı tərəfindən qəbul edilmiş nəzəriyyəyə əsasən dövlət mahiyyəti etibari ilə siyasi sistemin bütün əlamətlərini və funksiyalarını özündə birləşdirən siyasi mexanizmdir. Bu mexanizmin hərəkət verici qüvvəsi dövlətlərin təşəkkül tapdığı zamanlardan bəri mövcud olan dövlət aparatı yəni dövlət idarəçilik instutudur.Dövlət idarəçiliyinin forma və məzmunu haqqında müxtəlif siyasi nəzəriyyələr mövcuddur. Bu nəzəriyyələr dövlətin quruluşunu, funksiyalarını və əlamətlərini müəyyənləşdirir. Dövlət idarəçiliyinə klassik yanaşma nəzəriyyəsinə görə dövlət idarəetməsi inzibati-dövlət prinsipinə əsaslanır.Hüquq nəzəriyyəsinə əsasən inzibati hüququn predmetini dövlət idarəçiliyinin predmeti təşkil edir.Dövlətin ilahi-dini mənəşəli yaradılışı nəzəriyyəsinə görə dövlət ictimai varlıq kimi Allah tərəfindən yaradılmışdır.Bu nəzəriyyənin qədim Misirdə yaranması məlumdur.Patriaxal dövlət nəzəriyyəsinə görə dövlət öz başlanğıcını ailədən götürmüşdür.Plüralist dövlət nəzəriyyəsindəfərd ön planda, dövlət isə ikinci plandadır. Dövləti idarə edənlərin idarəçilik prosesində əsas vəzifəsi cəmiyyətdə fərdin maraqlarını qorumaqdır.Kapitalist dövlət nəzəriyyəsinə görə dövləti və yaxud cəmiyyəti onun iqtisadi əsaslarıyla birlikdə analiz etmək lazımdır.Siyasi nəzəriyyələrdə dövlət idarəçiliyi haqqında müxtəlif anlayışlar əksini tapır.Bələdiyyə idarəetməsinin forma və mahiyyəti araşdırılarkən bələdiyyələrin keçdiyi tarixi inkişaf mərhələləri, fəaliyyətlərinin iqtisadi əsasları, bələdiyyənin yerləşdiyi coğrafi məkan və fəaliyyətlərini tənzimləyən müvafiq hüquq normaları birlikdə nəzərdən keçirilməlidir.Mərkəzi hakimiyyət tərəfindən inzibati üsul və qaydalarla həyata keçirilən dövlət idarəçiliyindən fərqli olaraq yerli özünü idarəetmə sakinlərin yerli problemlərin həllində müstəqilliyini əldə etmiş idarəçilik formasıdır. Dövlət və bələdiyyə idarəçiliyini fərqləndirən əsas xüsusiyyətlərdən biridə hər iki sistemdə çalışanların hüquqi statuslarıdır. Beləki, qanunvericiliyə əsasən Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi dövlət qulluğu, dövlət qulluğu vəzifəsini tutan şəxslər dövlət qulluqçusu kimi qəbul edilir.