1. Dövlət və bələdiyyə idarəetməsinin müasir yanaşmaları


Dövlət idarəetməsi və informasiya texnologiyaları üzrə dominantlıq istiqamətlərinin təhlili



Yüklə 41,48 Kb.
səhifə11/17
tarix22.01.2023
ölçüsü41,48 Kb.
#122427
1   ...   7   8   9   10   11   12   13   14   ...   17
Dövlət və bələdiyyə qisa

15. Dövlət idarəetməsi və informasiya texnologiyaları üzrə dominantlıq istiqamətlərinin təhlili. Dövlət informasiya və biliklərə əsaslanan rəqabətədavamlı iqtisadiyyatın qurulması, cəmiyyətin informasiya məhsulları və xidmətlərinə tələbatının dolğun ödənilməsi məqsədilə İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) infrastrukturuna və xidmətlərinə çıxışın təmin olunmasını başlıca prioritetlərdən hesab edir. Elektron xidmətlər dövlət orqanı ilə vətəndaş arasında qarşılıqlı münasibətlərin səmərəliliyinin və keyfiyyətinin artırılmasına, baş verə biləcək bütün neqativ halların qarşısının alınmasına, dövlət idarəetmə sisteminin ən müasir standartlar səviyyəsinə yüksəltməyə imkan yaradır, vətəndaşların tələbatlarına, iqtisadi səmərəliliyə, vətəndaş nəzarətinin açıq olmasına səbəb olur.Son illər beynəlxalq təşkilatlar tərəfindən İKT ilə bağlı müsbət qiymətləndirmələr onu göstərir ki, Azərbaycan hökuməti qeyd olunan sahədə inkişafa təkan verən mühüm addımlar atıb.Göründüyü kimi, Azərbaycanda İKT-nin dövlət idarəçiliyinə tətbiqi və elektron dövlətin inkişafı üçün lazımi qanunverici baza mövcuddur və daim inkişaf etdirilir. “Bir pəncərə” prinsipi ilə işləyən vahid elektron hökumət portalı 2012-ci ilin sentyabrından əhalinin istifadəsinə verilib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması elektron xidmətlərin inkişafında mühüm addım oldu. Azərbaycanda vətəndaşlara yüksək keyfiyyətli xidmətin vahid mərkəzdən göstərilməsini təmin edən ASAN Xidmət Mərkəzləri yaradılıb. Bununla yanaşı, 2012-ci ildə Azərbaycan şəffaflığın artırılması və açıq hökumətin təşviq olunması məqsədilə Açıq Hökumət Tərəfdaşlığına qoşulub. Elektron xidmətlərin təkmilləşdirilməsi istiqamətində Dövlət Agentliyinin 2013-cü ildə təsdiq edilmiş “Dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi üzrə qiymətləndirmə qaydaları”na əsasən, elektron xidmətlərdən istifadə dərəcəsinin müəyyən edilməsi məqsədi ilə 40 dövlət orqanı tərəfindən göstərilən elektron xidmətlərin qiymətləndirilməsi həyata keçirilib. Ədliyyə sistemində korrupsiyanın qarşısının alınması üçün son illər İKT-nin üstünlüklərindən istifadə olunur. 2014-cü ildə Prezident İlham Əliyev “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında sərəncam imzalayıb. Dünya Bankı ilə birgə həyata keçirilən "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsi çərçivəsində Məhkəmə Hüquq Şurası, Ədliyyə Nazirliyi, habelə bir sıra ədliyyə və məhkəmə orqanlarında müasir İT infrastrukturunun qurulması tamamlanmış, elektron sənəd dövriyyəsi, məhkəmə işlərinin elektron idarəetmə sistemləri, habelə proseslərin elektron qeydiyyatı sistemi hazırlanıb.


Yüklə 41,48 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin