1. Düşüncə pozuntularının simptomasiyası haqqında anlayış Düşüncənin kəmiyyət pozuntuları Düşüncənin keyfiyyət pozuntuları



Yüklə 27,27 Kb.
səhifə1/5
tarix08.12.2022
ölçüsü27,27 Kb.
#120625
  1   2   3   4   5
vııı mühazirə


VIII MÜHAZİRƏ. DÜŞÜNCƏ POZUNTULARININ PATOPSİXOLOJİ SƏCİYYƏSİ
PLAN:
1.Düşüncə pozuntularının simptomasiyası haqqında anlayış
2.Düşüncənin kəmiyyət pozuntuları
3. Düşüncənin keyfiyyət pozuntuları
I.Düşüncə ali sinir fəaliyyətinin ən yüksək forması olub real varlığı əks etdirir. K.Marks düşüncəni fəlsəfi mənada təhlil edərək demişdir: “ Mənim,məni əhatə edən mühitə münasibətim mənim düşüncəmdir.” Bu ifadə düşüncənin fərdiliyini ön plana çəkməklə onu digər psixi proseslərdən əsaslı surətdə fərqləndirilir. De-mə­li, fərdi xüsusiyyətlər (intellektual səviyyə, həyat təcrübəsi, emosionallıq) dü­şüncə prosesində başlıca rol oynayan amillərdir.
İ.P.Pavlov düşüncənin fizioloji mexanizmini izah edərkən yazırdı ki, dü­şün­cə hazırki anda və hazırki şəraitdə böyük beyin yarımkürələrinin müəyyən his­sə­si­nin məlum, optimal oyanma vəziyyətində olan sinir fəaliyyətidir. Müasir elmi tə­səv­vürlərə görə “ optimal oyanma”nı təmin edən strukturlara beyin sütununun re­ti­kul­­yar formasiyası və hipotalamusun arxa hissəsi aiddir.Şübhəsiz ki, düşüncə kimi mü­rəkkəb bir prosesi təkcə bu göstərilən nahiyələrin fəaliyyəti ilə izah etmək ol­maz.Ali sinir fəaliyyətini təmin edən beyin qabığının iştirakını xüsusi qeyd etmək lazımdır.Kliniki təcrübədə düşüncənin vəziyyəti ətraf mühitə və özünə bələdliklə müəyyən olunur.Məsələn, xəstə harada olduğunu, vaxtı, ətrafdakı adamları və öz şəxsiyyətini düzgün təyin edərsə, bu zaman düşüncənin aydın olması qeyd olunur.
Təcrübədə ruhi xəstəliklər zamanı düşüncə pozuntularının 2 variantını fərq­lən­di­ri­lir:
1)Düşüncənin zəif pozuntuları-bu zaman qavramanın, təfəkkürün pozulma əlamətlərinin, sayıqlamaların, hallüsinasiyaların baş verməsinə baxmayaraq xəstələrin zamana, məkana və özünə bələdliyi pozulmur;
2)Bələdliyin pozulması ilə müşayiət olunan kobud düşüncə pozuntuları.
Düşüncənin pozulması yalnız psixi xəstəliklərlə deyil, kəllə travmalarında , ağır somatik , o cümlədən, infeksion xəstəliklərdə də təsadüf edilir.
Düşüncənin kobud pozuntularını şərti olaraq 2 qrupa bölürlər:

Yüklə 27,27 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin