1. Ekologiya haqqında ümumi məlumatlar. Ekologiya yunan mənşəli söz olub oikos – «yaşayış yeri»


Ekoloji təhlükəsizlik konsepsiyası. Ekoloji təhlükəsizlik haqqında Azərbaycan Respublikasinin qanunu



Yüklə 400,34 Kb.
səhifə19/20
tarix30.04.2023
ölçüsü400,34 Kb.
#126099
1   ...   12   13   14   15   16   17   18   19   20
1. Ekologiya haqq nda mumi m lumatlar. Ekologiya yunan m n li (1)

Ekoloji təhlükəsizlik konsepsiyası. Ekoloji təhlükəsizlik haqqında Azərbaycan Respublikasinin qanunu.

Bu konsepsiyanın əsasının ekoloji risk nəzəriyyəsi olduğu qəbul edilir. Ekoloji təhlükəni azaltmaq olar, lakin aradan qaldırmaq mümkün deyil. Bu əsasdan insan və ətraf mühit üçün riskin müəyyən olunma məsələsi meydana çıxıb. Risk şəraitində qərarın qəbul olunma prosesi üç mərhələdən ibarətdir:

    • riskin qiymətləndirilməsi – bu mərhələnin əsas məqsədi onun nəticələrinin kəmiyyətcə qiymətini müəyyən etməkdir, məsələn, xəstələnmənin və ölümün.

    • riskin analizi – mərhələnin məqsədi müxtəlif variantlarda risklərin kəmiyyət ölçülərinin müqayisə etməkdir.

    • riskin idarə edilməsi – idarə edilmənin məqsədi risk problemlərinin həlli ardıcıllığını müəyyən etmək və təhlükəsiziyinin artırılması vasitəsini tapmaqdır.

Azərbaycan Resp. Ekoloji təhlükəsizlik haqqında qanununa əsasə, ətraf mühitin mühafizəsinin hüquqi, iqtisadi və sosial əsaslarını müəyyən edir. Qanunun məqsədi ətraf mühitin ekoloji tarazlığının mühafizəsi sahəsində ekoloji təhlükəsizliyin təmin edilməsindən, təbii ekoloji sistemlərə təsərrüfat və başqa fəaliyyətin zərərli təsirinin qarşısının alınmasından, bioloji müxtəlifliyin qorunub saxlanılmasından və təbabətdən istifadənin səmərəli təşkilindən ibarətdir. Bu Qanun ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması, təbii ehtiyatların səmərəli istifadəsi və bərpası, ətraf mühitin mühafizəsi sahəsində qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi məqsədilə cəmiyyətlə təbiətin qarşılıqlı əlaqəsini tənzimləyir.

  1. Nəqliyyat yol kompleksinin bitki və heyvanlar aləminə təsiri.

Şəbəkələnmiş nəqliyyat infrastrukturu müxtəlif iqlim qurşaqlarında yerləşən rəngarəng relyefləri və landşaftları kəsərək öz təsirini böyük ərazilərə yayır. Bu səbəbdən ekosistemlərin bitki və heyvan aləmi güclü mənfi təsirlə üzləşir. Belə ifadə olunur:

    • canlı varlıqların yaşayış mühitinin nəqliyyat vasitələrinin tullantıları ilə çirklənməsi

    • məhsuldar ərazilərin azalması və ərazilərin əlaqə yolları ilə tutulması ilə bitkilərin bitmə şəraitinin pisləşməsi;

    • heyvanların, quşların, gölməçə və su hövzələri sakinlərinin adət etdiyi məskunlaşma yerlərinin dağılması və onların tutulmuş ekoloji sahədən sıxışdırılması;

    • ekosistemlərin məhsuldarlığının azalması, səs-küy, vibrasiya amillərinin, zərərli qazların mənfi təsiri, narahatlıq və fərdlərin ölümünə səbəb olan nəqliyyat vasitələri ilə birbaşa toqquşma səbəbindən növlərin sayının azalması;

    • avtomagistrallar, boru xətləri, təyyarələrin uçuş yolları, dəmiryolları ilə heyvanların

sutkalıq və fəsillik miqrasiya yollarının kəsişməsi.
Avtomobil magistrallarının bilavasitə yaxınlığında hava nəqliyyat vasitələrinin işlənmiş qazları ilə doyub. Buna görə də bu yerlərin canlı varlıqları öz orqanizmlərində qurğuşun, sink, kadmium, nikel və digər zərərli maddələri toplayır. Bu onların ömür uzunluğunu azaldır. Yol kənarındakı soxulcanlarla qidalanan quşlar tez-tez zəhərlənərək ölür. Boru kəmərlərində qəza zamanı neft məhsullarının ətraf mühitə yayılması ilk növbədə ekosistemin bioloji varlıqlarını məhv edir. Sualtı boru xətlərinin partlaması zamanı su hövzələrinə zərər dəyir, onların flora və faunası ölür. Heyvanlar nəqliyyat vasitələri ilə toqquşaraq ölür, avtomobil sürücüləri çoxlu sayda kiçik heyvanlar, gəmiricilər, qurbağalar, suilanıları və s. tapdayır. Çox böyük miqdarda həşəratlar ölür. Quşların hava gəmiləri ilə çox saylı toqquşması uçuşların təhlükəsizliyinə ciddi təsir göstərir, böyük material zərər vurur, quşları məhv edir.


  1. Yüklə 400,34 Kb.

    Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin