1. Ekologiya haqqında ümumi məlumatlar. Ekologiya yunan mənşəli söz olub oikos – «yaşayış yeri»


Ekologiya və nəqliyyat ekologiyasının əsas məsələləri



Yüklə 400,34 Kb.
səhifə6/20
tarix30.04.2023
ölçüsü400,34 Kb.
#126099
1   2   3   4   5   6   7   8   9   ...   20
1. Ekologiya haqq nda mumi m lumatlar. Ekologiya yunan m n li (1)

7. Ekologiya və nəqliyyat ekologiyasının əsas məsələləri


Ekologiyanın tədqiqat predmeti bioloji makrosistemlər (növlər, biosenozlar) və onların zaman və məkan üzrə dinamikasıdır. Ekologiyanın tədqiqat obyektləri müxtəlif təsnifat əlamətləri nəzərə almaqla fərqləndirirlər.

8. Təbiətin ətraf mühitinin çirklənmə növləri


Çirklənmə mənbələri. Hazırda Yerin bütün ekosistemləri antropogen təsirin nəticəsində dəyişikliyə uğrayıb. İnsan ətraf mühitə təsir edir, onu çirkləndirir. Çirklənmə − ekosistemlərə onlara xas olmayan fiziki, kimyəvi və bioloji komponentlərin əlavə edilməsi və ya onların konsentrasiyasının təbii fonla müqayisədə artmasıdır.
İnqrediyent çirklənmə- biogeosenoza (canlı və kos maddələrin bir-birindən asılı kompleksi) əvvəllər onlarda olmayan və ya onlarda az miqdarda olan maddələr daxil olduqda baş verir. Ətraf mühitə daxil olduqda onlar mexaniki və ya kimyəvi xüsusiyyətlərin dəyişməsinə səbəb olur. Parametrik çirklənmə − ətraf mühitin fiziki parametrlərinin dəyişməsidir və mühitin təbii formalaşmış parametrlərinə təsir edir. O fiziki çirklənmə (səs-küy, işıqlanma, istilik, elektromaqnit, radioaktiv çirklənmə) kimi özünü göstərir.
Biosentik çirklənmə − növlərin (populyasiyaların) tərkibinin və strukturunun dəyişməsidir. O canlı varlıqların narahatlıq amili, heyvan, balıq və quş ovu, introduksiya (mədəni bitki növlərinin onların əvvəl bitmədiyi yerlərdə yetişdirilməsi) və növlərin aklimatizasiyası (orqanizmlərin yeni iqlim şəraitinə uyğunlaşması) ilə bağlıdır.
Stasial-destruksion çirklənmə – (stasiya – populyasiyaların yaşayış yeridir) insanın müdaxiləsi və ya təbiət hadisələri səbəbi ilə ekoloji sistemlərin təbii stasiyasının dağılması ilə əlaqədardır, məsələn karyerlərin işlənməsi, yol tikintisi, torpaqların qurudulması, torpağın eroziyası, yanğınlar və s.
Həyat ərzində orqanizmdə çirkləndirici maddələrin toplanması prosesi bioakkumulyasiya adlanır. Çirklənmə ətraf mühitə düz (birbaşa) və ya dolayı (vasitə ilə) təsir edir. Birbaşa çirklənmə obyektləri (çirkləndirici maddələrin akseptoru) ekotopun əsas komponentləri: atmosfer, su obyektləri, torpaqdır. Ekotop – yer səthinin müəyyən, yekcins səthini xarakterizə edən amillərin toplusudur. Dolayı çirklənmə obyektləri (çirklənmənin qurbanları) biosenozun tərkib hissələridir (bioloji varlıqlardır).
Yayılma xarakterinə görə çirklənmə mənbələri iki yerə bölünür: cəmlənmiş (nöqtəli) və cəmlənməmiş. Cəmlənmiş çirklənmə mənbələri çirkləndirici maddələrin tərpənməz (stasionar) obyektlərdən − qazanxana və ya digər yanacaq yandırıcı quruluşlardan xaric olunması ilə xarakterizə olunur. Cəmlənməmiş mənbələr çirkləndirici maddələri nisbətən böyük sahəyə xaric edir, onlar hərəkətli ola bilər. Siklliyinə görə hər iki çirklənmə mənbəyi fasiləsiz və ya fasiləli ola bilər. Ətraf mühitin çirklənməsi təbii və ya antropogen xarakterli ola bilər. Təbii çirklənmələr hər-hansı təbiət hadisəsi və ya fəlakət səbəbindən (vulkanın püskürməsi, zəlzələ, sel axını və s.) baş verir.

Yüklə 400,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin