1. Ekologiya haqq nda mumi m lumatlar. Ekologiya yunan m n li (1)
Avtomobil nəqliyyatının ətraf muhitə təsiri xüsusiyyətləri.
Avtomobil sənayesi üçün təbii resursların intensiv istifadəsi xarakterikdir. Müəyyən olunub ki, 10 mln minik avtomobili istehsal etmək üçün 10 mln ton polad, 500 min ton şüşə, 2,5 mln ton çuqun, 230 min ton alüminium, 1 mln tondan çox rezin və s. istifadə edilir. Bir minik avtomobili ildə 15 min km yol gedərsə 4 tona qədər oksigen istifadə edir, havaya 3 ton CO2 , 500 kq-dan çox CO, 200 kq-a qədər müxtəlif karbohidratlar, 40 kq azot oksidləri, 10 kq rezin tozu və s. atılır. Avtonəqliyyat vasitələrinin zərərli maddələrinin əsas hissəsi (80%) yaşayış məntəqələrinin ərazilərinə atılır. Şəhər atmosferini çirkləndirməsinə görə avtonəqliyyat liderliyini saxlayır.
Avtomobilin ətraf mühiti çirkləndirmə xüsusiyyəti aşağıdakı kimi özünü göstərir:
avtomobillərin sayının stasionar mənbələrlə müqayisədə daha yüksək templə artması
onların məkan üzrə səpələnməsi (avtomobillər ərazi üzrə paylanır və ümumi yüksək çirklənmə fonu yaradır);
yaşayış rayonlarına bilavasitə yaxınlığı
avtonəqliyyatın tullantılarının stasionar mənbələrlə müqayisədə daha zəhərli olması
hərəkət edən mənbələrdə çirklənmədən qorumanın texniki cəhətdən həyata keçirilməsinin çətinliyi
çirklənmə mənbəyinin yer səthindən kiçik hündürlükdə yerləşməsi, bunun da nəticəsində avtomobilin xaric etdiyi qazlar insanların tənəffüs zonasında toplanır və təbii yolla zəif yayılır.
Avtomobil nəqliyyatı ətraf mühitə səs-küy, vibrasiya, elektromaqnit təsiri ilə də təsir göstərir.