Enliyarpaqlı meşələr – tayqa meşələrindən cənubda yerləşir. Bu meşələr mülayim iqlim şəriatində bitir.
Mülayim zonanın çölləri- Meşə və səhra zonaları arasında geniş açıq sahələri tutur.
Səhra ekosistemləri – mülayim, subtropik və tropik qurşaqlarda yayılmışdır.
Tropik çöllər və savannalar- Mərkəzi və Şərqi Afrika, Cənubi Amerika və Avstraliyanın, isti vilayətlərində yayılan ağac-kol bitki örtüyü tipidir. GileyalarAfrika və Asiyanın rütubətli tropik meşələridir.
5. Biosferin quruluş sxemi
Biosfer (bio – həyat spháira − sahə yunan sözlərindən) – litosferi (yer qabığı və mantiyanın yuxarı hissəsi), hidrosferi (çaylar, göllər, dənizlər və okeanlar) və atmosferin aşağı qatlarını əhatə edən aktiv həyat mühitidir. Biosfer termini ilk dəfə 1875-ci ildə Avstriya geoloqu Zyus tərəfindən istifadə olunub. Biosferin aşağı hissəsi quruda 3 km və okeanın dibində isə 2 km dərinliyə qədər aşağıya yayılır. Yuxarı sərhədi – ozon qatıdır, ondan yuxarıda Günəşin ultrabənövşəyi şüaları üzvi həyatın mövcudluğunu istisna edir. 6. Biosfer haqqinda Vernadski təlimi Biosfer haqqında müasir təlim 1924-cü ildə akademik Vladimir İvanoviç Vernadski tərəfindən yaradılıb, onun fikrincə biosfer Yerin həyat yayılan xarici qabığıdır. Bura bütün canlı orqanizmlər və onların məskunlaşdığı mühit daxildir. Bu təlimdə canlı orqanizmlərin (o cümlədən insanın) fəaliyyəti ümumi halda planetar əhəmiyyətli və miqyaslı geokimyəvi faktor kimi ifadə olunur.
V.İ.Vernadski təsdiq edirdi ki, Yerin canlı orqanizmləri biosferin ən güclü qüvvəsi olub onun funksiyasını maddi və enerji cəhətdən təyin edir. Vernadski biosferdə bir-birindən çox fərqlənən və eyni zamanda genetik əlaqəli 7 hissə fərqləndirir:
canlı maddə – canlı orqanizmlər;
biogen maddə – canlı orqanizmlərin həyat fəaliyyəti məhsulları (daş kömür, neft və s.);
atil maddə – dağ qruntları (minerallar, gillər və s.);
biokos – dağ qruntlarının və çöküntülərin paçalanması və canlı orqanizmlərlə emal məhsulları (torpaq, lil, təbii sular);
radioaktiv maddə – radioaktiv maddələrin parçalanması nəticəsində alınan maddələr (radium, uran, torium və s.);
seyrək yayılmış atomlar (kimyəvi elementlər) – Yer qabığında dağınıq vəziyyətdə olan;
kosmik mənşəli maddə – meteoritlər, kosmik mənşəli elementar zərrəciklər (protonlar, neytronlar, elektronlar).
Canlı aləmin birinci halqası yaşıl bitkilərdir. Bitkilər günəş işığından istifadə edərək karbon qazını, suyu və mineral maddələri udub fotosintez prosesi gedişində müxtəlif üzvi maddələr yaradır. Fotosintez – yaşıl bitkilərin hüceyrələrindəki xlorofilin iştirakı ilə Günəş enerjisi hesabına baş verən kimyəvi reaksiyadır. Havadan СО 2 , torpaqdan Н 2 О və Günəş enerjisi hesabına – qlükoza (şəkərlərin ən sadəsi) və oksigen alınır. Yaşıl bitkilərin məhsulu, onların biokütləsi ikinci halqanın – heyvanların mövcudluğu və inkişaf üçün əsas olur. Heyvanlar aləmi daxilində onun bəzi növləri digərlərinin yem bazası rolunu oynayır. Mikroorqanizmlər canlı aləmin üçüncü halqasını təşkil edir.