2. Çirklənmə mənbələri
Çirklənmə mənbələri. Hazırda Yerin bütün ekosistemləri antropogen təsirin nəticəsində dəyişikliyə uğrayıb. İnsan ətraf mühitə təsir edir, onu çirkləndirir.
Çirklənmə − ekosistemlərə onlara xas olmayan fiziki, kimyəvi və bioloji komponentlərin əlavə edilməsi və ya onların konsentrasiyasının təbii fonla müqayisədə artmasıdır. Maneələr nəzəriyyəsinə görə ekosistemlərdə gedən proseslərin təbii gedişinə insanlar və ya təbiət hadisələri tərəfindən istənilən müdaxiləyə çirklənmə kimi baxmaq lazımdır.
Həyat ərzində orqanizmdə çirkləndirici maddələrin toplanması prosesi bioakkumulyasiya adlanır.
Çirklənmə ətraf mühitə düz (birbaşa) və ya dolayı (vasitə ilə) təsir edir.
Dostları ilə paylaş: |