1. Əmək ehtiyatlarının idarə olunması. İstehsalın idarə olunması. Layihələrin idarə olunması



Yüklə 24,83 Kb.
səhifə4/4
tarix01.01.2022
ölçüsü24,83 Kb.
#106646
1   2   3   4
11 (Menecmentin əsasları)

Əmtəələrin layihələndirilməsi, müəssisənin layihələndirilməsi ilə uyğunlaşdırılmalı, daha doğrusu eynilik təşkil etməlidir. Hər bir əmtəənin layihələndirilməsi üçün aşağıdakı xüsusiyyətlər nəzərə alınmalıdır:- Əmtəənin dəyəri, Əmtəənin istismara yararlı olması,Əmtəənin keyfiyyəti,Əmtəənin təyinatını ödəməsi (nə üçün yaradılıb), Əmtəənin ölçüləri, gücü və möhkəmliyi, Xidmət müddəti, Etibarlı olması, İstismar üçün əlverişli olması (sadəliyi), Universal tipli olması, İstismar zamanı təhlükəsiz olması.

Yuxarıda qeyd edilən kriteriyaların əldə edilməsi üçün hər bir firma (təşkilat) aşağıdakıları nəzərə almalıdır: Əmtəənin ölçüləri və forması necə olmalıdır?- Materialın, xammalın tərkibi necədir? Mövcud standartlar nə tələb edir (eyni adlı məhsul üçün).- Əmtəənin istehsalında yardımçı komponentlər hansılardır.- Möhkəmliyi, dözümlüyü araşdırmaq üçün hansı əlavə komponent tələb olunur.- İstismar zamanı təhlükəsizlik təmin olunurmu?Başqa sözlə, əmtəələrin lazımi xarakteristikalarını almaq üçün əmtəələrin layihələndirilməsi zamanı aşağıdakı amillərə xüsusi diqqət yetirmək lazımdır:-Ölçü və formalar;-Materiallar (xammal, yarımfabrikatlar, alətlər, qurğular və s. -Standartlar və spesifik sənədlər (patentlər, sertifikatlar və s.);-Modul komponentləri;-Etibarlılığı artırmaq üçün əlavə komponentlər;-Təhlükəsizlik elementləri.

Yuxarıda qeyd edilən meyarlar və tələb olunan şərtlər bəzi hallarda ziddiyyət təşkil edirlər. Əmtəə layihə edilərkən bu ziddiyyətlər nəzər alınmalıdır. Misal üçün, avtomobilin möhkəmliyini artırmaq üçün onun metal təbəqələrini qalınlaşdırmaq olar. Lakin bu halda maşının ümumi çəkisi artar və qabaritinə xələl gələr. Eyni zamanda, çəkisi artmış ağır maşın istismar vaxtı əlavə yanacaq tələb edər. Əmtəənin layihələndirilməsi istehsal prosesinin aşağıdakı xüsusiyyətləri ilə uyğunlaşmalıdır:- Müəssisənin istehsal gücü.- Əmtənin səmərəli olması.- İstehsalın çevikliyi.- Məhsuldarlıq.- Etibarlıq.-Təmirə yararlı olmaq.- Standarta əməl olunması və daim eyni keyfiyyətdə olması.- Təhlükəsizliyin və gigiyena tələblərinin ödənməsi.- İşçilərin rahatlığının təmin olunması.Əmtəənin layihələndirilməsi, istehsal prosesinin təşkili və onun formaları ilə sıx bağlı olduğundan, hər bir əmtəənin layihələndirilməsi fərdi, seriyalı, kütləvi və kəsilməz proseslərə uyğunlaşdırılmalıdır.

Fərdi layihələr, analoqu olmayan və xüsusi sifarişlə hazırlanan əmtəələr üçündür. Bu halda hər bir əmtəə sifarişçinin tələbi nəzərə alınmaqla layihə edilir.



Seriyalı istehsal üçün əmtəənin layihələndirilməsi tipik standartlara əsaslanır. Eyni standart əsasında heç bir dəyişiklik aparılmadan bir və ya bir neçə partiya əmtəə istehsal olunur.

Kütləvi istehsal prosesində də eyni standartdan istifadə edilir və eyni məhsul kütləvi istehsal olunur.Kəsilməz proseslər öz xüsusiyyətinə görə fərdi istehsala daha yaxındır. Bu halda məhsulun istehsalı texnoloji prosesin təlabatına görə və ya konveyer sisteminin təlabatına görə layihələşdirilir.Müəssisələrin və əmtəələrin layihələndirilməsi zamanı beyynəlxalq və dövlət standartlarının tələblərinə əməl olunması zəruri şərtdir.
Yüklə 24,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin